“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
17.02.2013, 16:47
1582

Azərbaycan tarixi günbəgün: 17 fevral

A- A+

17 fevral 1992 - Erməni silahlı qüvvələri Dağlıq Qarabağın Xocavənd (Martuni) rayonunda azərbaycanlıların yaşadığı Qaradağlı kəndini işğal ediblər.

17 fevral 1958 - Teatr və kino aktyoru Xeyri Osman oğlu Əmirzadə (1893-1958) vəfat edib. Milliyyətcə Krım türküdür, Yaltanın Dərəgöy kəndində doğulub, Krım Muxtar Respublikasının Xalq artisti olub. 1930-cu illərdən Azərbaycanda fəaliyyət göstərib. "Kəndlilər", "Səbuhi", "Bəxtiyar" və başqa filmlərdə epizodik rollar oynayıb.

 

17 fevral 1988 - Ermənistan ərazisindəki tarixi ata-baba yurdlarından didərgin salınan azərbaycanlı əhalinin növbəti dəstəsi - Qafan rayonundan deportasiya edilən 4 minə yaxın soydaşımız Azərbaycana pənah gətirib. Ermənistan SSR rəhbərliyinin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti artıq tam gücü ilə işə düşmüşdü.

 

17 fevral 1992 - Erməni silahlı qüvvələri Dağlıq Qarabağın Xocavənd (Martuni) rayonunda azərbaycanlıların yaşadığı Qaradağlı kəndini işğal ediblər. Bunadək kənd dəfələrlə erməni qüvvələrinin hücumlarına məruz qalmışdı. İşğal zamanı kəndin 80-dək sakini öldürülüb və yaralanıb.

 

17 fevral 1992 - Azərbaycanın Müdafiə Nazirliyinin rəhbərliyində növbəti dəyişiklik olub, Daşaltı (26 yanvar) faciəsinin günahkarı hesab edilən Təcəddin Mehdiyev müdafiə naziri vəzifəsindən azad edilib. Bu vəzifənin müvəqqəti icrası nazirin 1-ci müavini, Baş Qərargah rəisi Şahin Musayevə tapşırılıb. Azərbaycanın Qarabağdakı itkilərində xüsusi "rolu" olan general Ş.Musayev 1992-ci ilin mayında Şuşanın işğalından sonra ölkədən qaçdı. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi