“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
14.02.2013, 16:49
1690

Azərbaycan tarixi günbəgün: 14 fevral

A- A+

14 fevral Azərbaycan Hərbi Hava Qüvvələri günüdür (1992)...

 

14 fevral 1918 – Cənubi Qafqazdan Ümumrusiya parlamentinə - Müəssislər Məclisinə seçilmiş azərbaycanlı (müsəlman), gürcü və erməni deputatlar Tiflisdə toplaşaraq Cənubi Qafqaz (Zaqafqaziya) Seymini yaradıblar.  Ümumrusiya Müəssislər Məclisinə seckilər 1917-ci ilin noyabrında, bolşevik çevrilişindən sonra keçirilmişdi. Lakin bolşeviklər bu seckilərdə faktiki olaraq uduzduqları üçün (o cümlədən Cənubi Qafqazda) Müəssislər Məclisinin fəaliyyətə başlamasına imkan vermədilər. Belə olan halda Cənubi Qafqazdan seçilmiş deputatlar regional parlament (Seym) yaratmaq qərarına gəldilər.

Seymin 44 nəfərlik müsəlman fraksiyası Zaqafqaziya müsəlman parlamenti funksiyasını (Cənubi Qafqaz üzrə 1 milyon müsəlman seçicini təmsil edirdi) yerinə yetirirdi. Seymin Azərbaycan (müsəlman) fraksiyasına Məmməd Əmin Rəsulzadə rəhbərlik edirdi.

 

14 fevral 1956 – Azərbaycan televiziyasının yarandığı gündür. Həmin gün Bakı televiziya studiyası yayıma başlayıb. Bakı studiyası əvvəlcə həftədə 3 dəfə, 1957-ci ildən 5 dəfə 2 saatlıq proqramla efirə çıxırdı. 1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artırıldı. 70-ci illərdə gündəlik verilişlərin yayım həcmi 10, 80-ci illərdə 18 saata çatdırıldı. 2005-cı ilin yanvarından AzTV 24 saatlıq fasiləsiz yayıma keçib.

 

14 fevral 1992 – Azərbaycan Ordusunda Hərbi Hava Qüvvələrinin ilk bölməsi formalaşıb. 1992-ci ilin sentyabrında verilən prezident fərmanı ilə 14 fevral - Azərbaycan Hərbi Hava Qüvvələri günü kimi qeyd olunur. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi