“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
19.02.2013, 16:47
1492

Azərbaycan tarixi günbəgün: 19 fevral

A- A+

19 fevral 1988 - Azərbaycanlı əhalinin Ermənistandan deportasiyasına, Ermənistanın Dağlıq Qarabağla bağlı ərazi iddialarına etiraz olaraq Bakıda ilk mitinq - kütləvi çıxış olub.

19 fevral 1993 - Milli Məclisin qapalı iclasında ölkədəki hərbi-siyasi böhran müzakirə edilib. Hərbi rəhbərlikdəki böhranın əsas günahkarlarından olan müdafiə naziri Rəhim Qazıyev istefa verməyə məcbur olub.

 

19 fevral 2004 - Azərbaycan Ordusunun baş leytenantı Ramil Səfərov Budapeştdə erməni zabitini öldürməkdə ittiham olunaraq həbs edilib. NATO-nun «Sülh Naminə Tərəfdaşlıq» proqramı çərçivəsində təlimlərdə iştirak edən azərbaycanlı zabit erməni hərbçisinin təhqiramiz hərəkətlərinə dözməyərək bu qətli törətmişdi. 2006-cı ilin aprelində Budapeşt məhkəməsinin qərarı ilə R.Səfərov ömürlük həbs cəzasına məhkum edildi. 2012-ci ildə Azərbaycana ekstradisiya edildi və Prezident İlham Əliyev tərəfindən əvf olundu. 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi