Azərbaycan tarixi günbəgün: 4 mart
4 mart 2001 – Parisdə Fransa prezidenti Jak Şirakın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti danışıqlar başlayıb.
4 mart 1460 – Şeyx Cüneydin başçılıq etdiyi Səfəvi qoşunları ilə Şirvanşah I Xəlilullahın qoşunları arasında Samur çayı sahilində döyüş baş verib. Döyüşdə Səfəvi qoşunları məğlub olub və Şeyx Cüneyd öldürülüb. Ondan sonra oğlu Şeyx Heydər Şirvanı və digər Azərbaycan torpaqlarını Səfəvi hakimiyyətinə tabe etdirməyə çalışsa da, o da 1488-ci ildə Şirvanşah ordusu ilə döyüşdə həlak olub. Nəhayət, 1501-ci ildə hakimiyyətə gələn Şah İsmayıl (Xətai) Azərbaycan torpaqlarını birləşdirməyə və qüdrətli Səvəfi dövlətini qurmağa müvəffəq oldu.
4 mart 1919 – Məşhur Bakı milyonçusu, mesenat Ağamusa Nağıyev (1849-1919) vəfat edib. Ağamusa Nağıyev Bakıda 100-ə yaxın müyxtəlif təyinatlı bina inşa etdirib. Həmin tikililərin bir qismi bu gün də Azərbaycan paytaxtına gözəllik verməklə yanaşı, elm, təhsil, sosial, mədəni təyinatlı obyektlər olaraq («İsmailyyə» binası - MEA-nın Rəyasət Heyəti, Mərkəzi Klinik Xəstəxana və s.) fəaliyyət göstərir.
4 mart 2001 – Parisdə Fransa prezidenti Jak Şirakın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti danışıqlar başlayıb. İki gün (4-5 mart 2001) sürən gərgin danışıqlar Ermənistanın kompromissiz mövqeyi üzündən nəticəsiz bitib.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: