“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
11.03.2013, 16:40
1410

Azərbaycan tarixi günbəgün: 11 mart

A- A+

11 mart 2005 - Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq «Qara kəmər» əməliyyatı haqqında məlumat yayıb.

11 mart 1925 – Xalq artisti, məşhur aktyor Bəşir Səfəroğlu (1925 - 24.3.1969) anadan olub. 1942-ci ildən ömrünün sonunadək Azərbaycan Musiqili Komediya Teatrında işləyib, böyük tamaşaçı rəğbəti qazanan obrazlar yaradıb. "Azərbaycanfilm"in istehsal etdiyi "Əhməd haradadır?", "Ulduz" filmlərində, “Tacikfilm"in "Xoca Nəsrəddinin 12 qəbri" kinolentində çəkilib.

 

11 mart 1992 – Avropa Şurası Nazirlər Komitəsi erməni qüvvələrinin Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı zorakılıq və hücumlarını pisləyən bəyanat qəbul edib.

 

11 mart 1992 – Azərbaycan Böyük Britaniya və Qvineya Respublikası ilə diplomatik münasibətlər qurub.

 

11 mart 1999 – Avropa Parlamenti «Qafqazda sülh prosesinə dəstək» adlı qətnamə qəbul edib. Sənəddə ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı 1998-ci ilin noyabrında tərəflərə təqdim etdiyi «ümumi dövlət» planına dəstək ifadə olunub, Azərbaycanın bu planı rədd etməsi tənqid edilib. Milli Məclis qətnamənin qərəzli məqamlarına etiraz olaraq Avropa Parlamentinə müraciət (19 mart) göndərib.

 

11 mart 2005 - Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq uzun müddət ölkədə adam oğurluğu və digər ağır cinayətlər törətmiş kriminal dəstənin ifşa olunması barədə məlumat yayıb. MTN-in martın 10-da həyata keçirdiyi «Qara kəmər» əməliyyatı nəticəsində cinayətkar dəstənin başçısı, DİN-in Cinayət-Axtarış Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Hacı Məmmədov və dəstənin üzvləri həbs olunub. “Qara kəmər» əməliyyatı uzun müddət bağlı qalmış bir sıra ağır cinayətlərin açılmasına kömək etdi. Prezident İlham Əliyevin sərəncamı ilə mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsində peşəkarlıq göstərdiklərinə görə MTN-in bir qrup əməkdaşı dövlət təltiflərinə layiq görüldü. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi