“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
09.03.2013, 16:40
1432

Azərbaycan tarixi günbəgün: 9 mart

A- A+

9 mart 1917 – Rusiya imperiyasının Müvəqqəti Hökuməti Qafqazda çar idarəçilik sisteminin - canişinliyin ləğv edilməsi barədə qərar verib.

Canişinliyin əvəzində Cənubi Qafqazdan Rusiya Dövlət Dumasına seçilmiş deputatlardan ibarət yeni qurum - Zaqafqaziya Xüsusi Komitəsi yaradılıb. Çar II Nikolayın taxt-tacdan əl çəkməsindən (1917-ci ilin Fevral inqilabı) sonra iqtidara gələn Müvəqqəti Hökumət imperiyanın əyalətlərində nisbətən demokratik üsul-idarə tətbiq etməklə mərkəzdənqaçma meyllərini önləməyə çalışırdı.

 

9 mart 1992 – Argentina Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanımaq barədə bəyanat verib. İki ölkə arasında diplomatik münasibətlər 1993-cü il noyabrın 8-də qurulub.

 

9 mart 2007 – Bakıda Azərbaycan və Türkiyə diaspor təşkilatları rəhbərlərinin I forumu keçirilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən forumda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mehmet Əli Tələt, türkdilli ölkələrin rəsmiləri - ümumilikdə 48 ölkədən 500-dən çox nümayəndə və qonaq iştirak edib. Forumda xaricdəki azərbaycanlı və türk diaspor təşkilatlarının əməkdaşlığının gücləndirilməsi, Azərbaycan və Türkiyənin beynəlxalq arenadakı maraqlarının birgə müdafiəsi, tarixi həqiqətlərin dünya birliyinə çatdırılması yönündə müştərək addımlara dair qərarlar qəbul olunub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi