Azərbaycan tarixi günbəgün: 23 mart

23 mart 1920 - Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu, sayca beşinci hökumət koalisiyası ixtilaf nəticəsində parçalanıb.
Beşinci koalisiya hökuməti 1919-cu ilin dekabrında qurulmuşdu. Sosialist Əhməd bəy Pepinov (əmək və torpaq işləri naziri) hökumətdən istefa verib. Ondan sonra partiyadaşı Camo Hacinski (poçt-teleqraf naziri) istefa verib və sosialist fraksiyası hökumət koalisiyasını tərk edib. Onun ardınca «İttihad» fraksiyası (iki nazir) da koalisiyanı tərk etdiyini bəyan edib.
23 mart 1944 - Azərbaycanın Milli Qəhrəmanı Viktor Vasilyeviç Seryoqin (1944-28.1.1992) anadan olub.
23 mart 1949 - Azərbaycanın Milli Qəhrəmanı Paşa Qurban oğlu Təhməzov (1949 -24.8.1993) anadan olub.
23 mart 1992 - Azərbaycanın Koreya Respublikası, Salvador və Somali dövlətləri ilə diplomatik münasibətləri qurulub.
23 mart 2000 - Prezident Heydər Əliyevin Gürcüstana səfəri gedişində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tranzit məsələsi ilə bağlı Gürcüstanla yaranmış problem çözülüb. Azərbaycan layihənin reallaşması naminə boru xəttindən öz payına düşəcək nəql tarifi haqqından Gürcüstanın xeyrinə imtina etdi.
23 mart 2004 - Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri gedişində ikitərəfli sənədlər, o cümlədən "Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə" imzalanıb. Daşkənddə Azərbaycan səfirliyinin yeni binasının, Nizami Gəncəvinin abidəsinin, Azərbaycan Mədəniyyət Mərkəzinin, Heydər Əliyev adına küçənin açılışı keçirilib.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: