“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
22.03.2013, 16:33
1517

Azərbaycan tarixi günbəgün: 22 mart

A- A+

22 mart 1752 - Gürcü çarları və Azərbaycan xanlıqlarının gizli ittifaqı - «Qızılqaya xəyanəti» baş verib.

Kartli hakimi Teymuraz və onun oğlu, Kaxeti hakimi II İrakli Şəki xanlığına qarşı ittifaq qurmaq üçün Qarabağ, Naxçıvan, İrəvan və Gəncə xanlarını, Borçalı və Qazax sultanlarını Qızılqaya görüşünə (Gəncə yaxınlığında) dəvət edərək sonradan onları əsir götürüblər. Bu hadisə tarixə «Qızılqaya xəyanəti» adı ilə düşüb. Azərbaycan xanlarını əsirlikdən Şəki hakimi Hacı Çələbi xan xilas edib. O, gürcü qoşunları məğlub edərək Qazax və Borçalını Şəki xanlığına birləşdirib.

 

22 mart 1900 - Xalq yazıçısı, ictimai xadim Süleyman Hüseyn oğlu Rəhimov (1900 - 11.10.1983) anadan olub. "Şamo", "Saçlı", "Mehman", "Medalyon", "Qafqaz qartalı" və s. əsərləri ilə Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutur.

 

22 mart 1909 - Xalq yazıçısı Mehdi Hüseyn (Mehdi Əli oğlu Hüseynov) (1909 - 10.3.1965) Qazaxın Şıxlı kəndində doğulub. "Səhər", "Abşeron", "Qara daşlar" romanları, «Alov» pyesi və s. əsərlərin müəllifidir.

 

22 mart 1913 - Xalq artisti, tanınmış aktyor Əlağa Ismayıl oğlu Ağayev (1913 -21.12.1983) anadan olub.

 

22 mart 1914 - Xalq artisti, məşhur komediya aktyoru Lütfəli Əmir oğlu Abdullayev (1914 - 9.12.1973) Şəkidə doğulub.

 

22 mart 1919 - Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlı (1919 - 6.7.1995) Qazax rayonunun II Şıxlı kəndində anadan olub. «Dəli Kür» romanının, povest və hekayələrin müəllifidir. Yazıçılar Birliyinin sədri, Milli Məclisin deputatı olub.

 

22 mart 1919 - İlk azərbaycanlı təyyarəçi qadın Züleyxa Həbib qızı Seyidməmmədova (1919-1999) anadan olub.

 

22 mart 1931 – Məşhur şair Əli Kərim (Əli Paşa oğlu Kərimov, 1931 - 30.6.1969) anadan olub.

 

22 mart 1970 - Azərbaycanın Milli Qəhrəmanı İxtiyar Qasım oğlu Qasımov (1970 - 14.7.1992) anadan olub.

 

22 mart 2002 - Prezident Heydər Əliyevə "Mətbuatın dostu" mükafatı təqdim edilib. Dövlət başçısı "RUH" Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsinin 2001-ci ilin yekunları üzrə keçirdiyi sorğunun nəticələrinə əsasən bu mükafata layiq görülmüşdü. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi