Azərbaycan tarixi günbəgün: 25 mart
25 mart 1992 – Ali Sovetin fövqəladə sessiyasında Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında qərar qəbul edilib.
Ali Sovetin qərarına əsasən, növbədənkənar prezident seçkiləri 1992-ci il iyunun 7-nə təyin olunub.
25 mart 1997 – Azərbaycan prezidenti Heydər Əliyevin Ukraynaya rəsmi səfəri gedişində ikitərəfli sənədlər, o cümlədən dostluq, strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalanıb. Azərbaycan prezidenti Ukraynanın ali dövlət mükafatı, "Yaroslav Mudrı" ordeni ilə təltif edilib.
25 mart 2000 – Milli Məclisdə Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunduqdan sonra yerinə yetirməli olduğu öhdəliklər sənədi qəbul olunub. Avropa Şurası Parlament Assambleyasının Siyasi Komitəsinin tərtib etdiyi öhdəliklər siyahısı Milli Məclisdə təmsil olunmuş siyasi partiyaların nümayəndələri tərəfindən imzalanıb.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: