“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
24.04.2013, 13:33
1448

Azərbaycan tarixi günbəgün: 24 aprel

A- A+

24 aprel 1999 - Vaşinqtonda Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryan arasında keçirilən görüşlə Qarabağ danışıqlarının yeni mərhələsi başlanıb.

24 aprel 1866 - Mədəniyyət və maarif xadimi, yazıçı-publisist Sultanməcid Hacı Murtuzəli oğlu Qənizadə (1866-1942) Şamaxıda doğulub. Ana dilində məktəblərin açılmasında, dərsliklər yazılmasında, milli teatrın inkişafında mühüm xidmətləri olub. Tanınmış teatr xadimləri haqqında xatirələr yazıb, rus yazıçılarından tərcümələr edib.

 

24 aprel 1872 - Yazıçı-publisist, pedaqoq Ömər Faiq Nemanzadə (1872-1937) Ahıska (Axalsıx) qəzasının Azqur kəndində anadan olub. "Şərqi-Rus" (1903), "Molla Nəsrəddin" (1906) nəşrlərinin yaradıcılarından olub. Sovet dövründə dərsliklərin hazırlanmasında iştirak edib. Stalin repressiyasının qurbanı olub.

 

24 aprel 1877 - Çar Rusiyası Qafqaz və Balkanlarda mövqelərini möhkəmlətmək məqsədilə Osmanlı ilə növbəti müharibəyə başlayıb. Bir il sürən müharibə Osmanlının məğlubiyyəti ilə nəticələndi. San-Stefano sülh müqaviləsinə (1878) əsasən, Rusiya Türkiyənin ermənilər yaşayan bir neçə bölgəsini (indiki Ermənistan-Türkiyə sərhədi) birləşdirdi. Türkiyə həmin əraziləri (Qars, Ərdəhan və s.) yalnız 1918-ci ildə geri ala bildi. Bu arada ermənilərin Türkiyədən Cənubi Qafqaza, o cümlədən Azərbaycana axını da davam etməkdə idi.

 

24 aprel 1902 - Xalq artisti İsmayıl Osmanlı (1902 - 22.6.1978) Şəkidə anadan olub. Uzun illər Milli Dram Teatrında çalışıb. “O olmasın, bu olsun”, “26 komissar”, ”Dəli Kür”, “Yeddi oğul istərəm”, “Nəsimi” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. 

 

24 aprel 1999 - Vaşinqtonda NATO-nun 50 illik yubileyi münasibətilə keçirilən sammitdə iştirak edən Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryan ABŞ-ın dövlət katibi Madlen Olbraytın vasitəçiliyi ilə görüşüblər. Bu görüşdən sonra Azərbaycan və Ermənistan rəhbərlərinin Qarabağ nizamlanması ilə bağlı çoxsaylı görüşlər seriyası başlandı. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi