“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
12.04.2013, 12:19
1074

Azərbaycan tarixi günbəgün: 12 aprel

A- A+

12 aprel 1803 – Tiflisdə Car-Balakən bölgəsinin Rusiya tərkibinə qatılması şərtləri və «Andlı öhdəlik haqqında» saziş imzalanıb.

Bundan bir qədər əvvəl (1801) çar I Aleksandr Şərqi Gürcüstanın - Azərbaycanın Qazax, Şəmsəddil, Borçalı ərazilərinin Rusiyaya qatılması barədə manifest imzalamışdı. Car-Balakənin ələ keçirilməsi ilə Rusiyanın Azərbaycan torpaqlarını istilası genişləndi. Rusiya öncə Car-Balakənə nisbi muxtar idarəçilik (camaatlıq) versə də, sonradan işğalçı siyasətinə uyğun olaraq onu ləğv etdi.

 

12 aprel 1889 – Xalq artisti, məşhur xanəndə Seyid Şuşinski (1889-1965) anadan olub. Seyid Şuşinski 1920-ci illərdə Azərbaycan Dövlət Dram Teatrında çalışıb, 1930-1960-cı illərdə Dövlət Filarmoniyasının solisti olub, pedaqoji fəaliyyət göstərib.

 

12 aprel 1903 – Azərbaycan mətbuatının, ictimai-siyasi fikrinin inkişafında mühüm rol oynamış «Şərqi-Rus» qəzeti Tiflisdə nəşrə başlayıb. Şərqşünas-alim, ictimai xadim (II Rusiya Dumasının deputatı) Məmmədağa Şahtaxtinskinin redaktoru olduğu qəzet tanınmış yazarları ətrafında birləşdirmişdi. Məhəmməd Əmin Rəsulzadənin ilk mətbu yazısı da burada dərc olunub.

 

12 aprel 1907 – Tanınmış folklorşünas, dramaturq Məmmədhüseyn Təhmasib (1907-1982) anadan olub. "Kitabi Dədə Qorqud" eposunun, dastanların, nağılların toplanması və tədqiqində mühüm xidməti var. Ssenariləri əsasında "Bir qalanın sirri", "Onu bağışlamaq olarmı?" filmləri çəkilib. 1982-ci il oktyabrın 5-də vəfat edib.

 

12 aprel 1995 – Türkiyə baş naziri Tansu Çillərin Bakıya səfəri gedişində Azərbaycanın “Əsrin müqaviləsi”ndəki payından 5 faizin Türkiyəyə (TPAO şirkəti) verilməsi barədə saziş imzalanıb. Bu anlaşmadan sonra Türkiyənin "Əsrin müqaviləsi" layihəsindəki (Azəri-Çıraq-Günəşli neft yataqları) payı 6,75 faizə çatdı. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi