“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
28.04.2013, 13:54
1712

Azərbaycan tarixi günbəgün: 28 aprel

A- A+

28 aprel 1920 - Azərbaycanda sovet hakimiyyətinin qurulduğu, Azərbaycan Sovet Sosialist Respublikasının yaradıldığı elan edilib.

Ölkədə hakimiyyət Müvəqqəti İnqilab Komitəsinə (MİK) verilib. Qanunvericilik funksiyalarını həyata keçirən MİK-ə yalnız azərbaycanlı kommunistlərin (Nəriman Nərimanov (sədr), Əliheydər Qarayev, Qəzənfər Musabəyov, Həmid Sultanov və s.) daxil edilməsi Rusiyanın işğalı pərdələmək cəhdi idi. Respublikada real hakimiyyət Moskvaya tabe olan AK(b)P MK-ya məxsus idi.

 

28 aprel 1923 - Görkəmli oftalmoloq, akademik, Prezident Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə Əliyeva (1923-1985) Şərur rayonunun Şahtaxtı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunu, Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunu bitirib, Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləyib. 1960-cı ildə namizədlik, 1977-ci ildə doktorluq dissertasiyası müdafiə edib, Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru olub. 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilib. 1985-ci il aprelin 15-də vəfat edib.

 

28 aprel 1943 - Biologiya elmləri doktoru, professor, AMEA-nın akademiki Urxan Kazım oğlu Ələkbərov Bakıda anadan olub. Genetika, biomüxtəliflik mövzusunda tədqiqatların müəllifidir. Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektorudur. 

 

28 aprel 1998 - Milli Məclisdə Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyası qəbul edilib. Sənəd Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş yeni Konstitusiyası əsasında hazırlanmışdı. 

 

28 aprel 2004 - Prezident İlham Əliyev Varşavada (Polşa) keçirilən Avropa iqtisadi sammitində iştirak edib. Sammit çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi