“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
07.04.2013, 22:21
1292

Azərbaycan tarixi günbəgün: 7 aprel

A- A+

7 aprel 1906 – Azərbaycanın ilk satirik nəşri olan "Molla Nəsrəddin" jurnalınlın birinci sayı çapdan çıxıb.

Böyük ədib Cəlil Məmmədquluzadənin redaktoru olduğu jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib.

"Molla Nəsrəddin" Azərbaycan xalqının mütərəqqi qüvvələrini öz ətrafında toplamışdı. Jurnalda Ö.F.Nemanzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, M.S.Ordubadi, Ə.Əzimzadə və başqaları fəaliyyət göstərirdilər.

 

7 aprel 1920 – Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Təbrizdə üsyan başlanıb. Bu, 1905-1911-ci illər inqilabından sonra İranda yaşayan azərbaycanlıların ikinci milli azadlıq hərəkatı idi. Təbrizdə kütləvi çıxışlar 1919-cu ilin avqustunda Britaniya-İran sazişinə etiraz olaraq başlamışdı. Sazişə əsasən, Cənubi Azərbaycandakı ingilis hərbi qüvvələrinə geniş hökmranlıq verilmişdi. Təbriz üsyanı qan tökülmədən qalib gəldi, Tehrandan göndərilmiş silahlı qüvvələr hədisələrə müdaxilə etməyə cəsarət göstərmədilər. Həmin ilin iyununda Təbrizdə milli hökumət quruldu. Lakin milli hökumətin onun ömrü az oldu və sentyabrda Xiyabaninin qətlə yetirilməsi ilə süqut etdi.

 

7 aprel 1930 –  Tanınmış jurnalist Azad Şərif (1930-2009) anadan olub. “Azərinform”a (indiki AzərTAc) rəhbərlik edib, “Molodyoj Azerbaydjana” qəzetinin ilk redaktoru olub. 2009-cu il dekabrın 24-də vafat edib.

 

7 aprel 1959 –  Xalq yazıçısı Çingiz Abdullayev anadan olub. Detektiv janrında əsərləri dünyada məşhurluq qazanıb, milyonlarla nüsxə tirajla çap olunub.

 

7 aprel 1992 – Azərbaycanla İsrail dövləti arasında diplomatik əlaqalər qurulub.

 

7 aprel 2001 – Ki Vestdə (ABŞ) Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryan arasında dörd gün sürən danışıqlar nəticəsiz başa çatıb.Vasitəçilər danışıqların növbəti raundunun iyunda Cenevrədə keçiriləcəyini bayan etsələr də, bu təşəbbüs reallaşmadı. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi