Azərbaycan tarixi günbəgün: 5 aprel
5 aprel 1909 – Görkəmli bəstəkar Asəf Zeynallı (1909-1932) Şuşada anadan olub.
Asəf Zeynallı Azərbaycan musiqi mədəniyyəti tarixində bir sıra yeni janrın yaradıcısı kimi tanınıb, simfonik, kamera-vokal və instrumental əsərlər bəstələyib. Asəf Zeynallı 1932-ci il oktyabrın 27-də yaradıcılığının inkişaf etdiyi bir dövrdə, ağır xəstəlikdən vəfat edib.
5 aprel 1993 – Azərbaycan Respublikası ilə Malayziya arasında diplomatik əlaqələr qurulub. Malayziya ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 31-də tanıyıb.
5 aprel 2004 – Azərbaycan Çad və Şərqi Timor dövlətləri ilə diplomatik münasibətlər qurub.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: