“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
11.05.2013, 17:33
1582

Azərbaycan tarixi günbəgün: 11 may

A- A+

11 may 1917 – Moskvada Ümumrusiya müsəlmanlarının 1-ci qurultayında Rusiyanın demokratik federativ respublikaya çevrilməsi haqq;nda Məhəmməd Əmin Rəsulzadənin hazırladığı qətnamə layihəsi qəbul olunub.

11 may 1915 – Azərbaycan heykəltəraşlıq sənətinin banilərindən biri, Xalq rəssamı Fuad Əbdürrəhmanov (1915-1971) anadan olub. Fuad Əbdürrəhmanov Azərbaycanın mədəniyyət xadimlərinin bust-portretlərini, Füzulinin monumental heykəlini yaradıb.

 

11 may 1917 – Moskvada Ümumrusiya müsəlmanlarının 1-ci qurultayının (1-11 may) yekun sənədləri sırasında Məhəmməd Əmin Rəsulzadənin hazırladığı qətnamə layihəsi qəbul olunub. Qətnamədə Rusiyanın demokratik federativ respublikaya çevrilməsi, milli bölgələrə muxtariyyətin verilməsi əksini tapmışdı. Qurultayda imperiyanın bütün bölgələrini təmsil edən 800-dək nümayəndə iştirak edirdi. Qurultayın rəyasət heyətinə azərbaycanlı Əlimərdan bəy Topçubaşov daxil idi. Qurultayda Ümumrusiya Müsəlmanlarının Mərkəzi Şurasının yaradılması barədə qərar da qəbul olunub.

 

11 may 1918 – Batumda Zaqafqaziya Seymi ilə Osmanlı arasında yeni danışıqlar başlanıb. Zaqafqaziya heyəti tərkibinə Azərbaycandan M.Rəsulzadə və M.Hacinski daxil idi. Martda Trabzonda nəticəsiz qalmış anışıqların davamı olan Batum konfransının məqsədi tərəflərin qarşılıqlı ərazi bölgüsünü razılaşdırmaq idi. Dünya müharibəsində Almaniyanın müttəfiqi olan Osmanlı almanlarla bolşevik Rusiyası arasında bağlanmış sülhə (Brest-Litovsk) əsasən, Qars, Ərdəhan və Batumu nəzarətə götürmüşdü və növbəti addım kimi Axalkələk, Gümrü və Naxçıvana iddia edirdi. Türk tərəfi bunun müqabilində Zaqafqaziyanın federativ dövlət kimi suverenliyinə təminat verirdi. 

Bu arada Batum konfransında müşahidəçi olan alman heyəti gürcü tərəfi federasiyadan çıxmağa və Almaniyanın himayəsi altında müstəqilliyini elan etməyə təşviq edirdi.

 

11 may 1935 – Xalq yazıçısı, dramaturq, ssenarist Maqsud İbrahimbəyov anadan olub. Mənəvi-əxlaqi problemlərdən bəhs edən povest, hekayə və pyeslərin, bir sıra filmlərin (“Uşaqlağın son gecəsi", "Bizim Cəbiş müəllim" və s.) ssenarilərinin müəllifidir. 1995, 2000 və 2005-ci illərdə Milli Məclisin deputatı seçilib.

 

11 may 2007 – Prezident İlham Əliyev Polşanın Krakov şəhərində keçirilən enerji sammitində iştirak edib. Sammitdə Xəzər dənizi-Qara dəniz-Baltik dənizi coğrafiyasını əhatə edən yeni enerji dəhlizinin yaradılması barədə bəyannamə imzalanıb. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi