“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
10.06.2013, 10:12
1358

Azərbaycan tarixi günbəgün: 10 iyun

A- A+

10 iyun 1918 – Stepan Şaumyanın başçılıq etdiyi Bakı Komissarları Sovetinin qoşunları Xalq Cümhuriyyəti hökumətinin Tiflisdən Gəncəyə köçməsini əngəlləmək Gəncə istiqamətində yürüşə başlayıb...

 

10 iyun 1918 – Stepan Şaumyanın başçılıq etdiyi “Bakı Komissarları Soveti”nin qoşunları Gəncə istiqamətində yürüşə başlayıb. Məqsəd Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Tiflisdən Gəncəyə köçməsini əngəlləmək və şəhəri ələ keçirmək idi. “Bakı Soveti”nin əksəriyyəti ermənilərdən ibarət olan 10-12 minlik qoşun birləşmələri vardı. Bu arada Nuru paşanın komandanlığı altında Gəncədə yerləşməyə başlayan türk (Osmanlı) ordu hissələri Cümhuriyyət hökumətinin şəhərə gəlişinə hazırlıq görürdü. Türk qoşunlarının dəstəyi sayəsində milli hökumət iyunun 16-da Gəncəyə köçdü.

 

10 iyun 1993 - NATO-ya üzv və tərəfdaş ölkələrin məşvərət qurumu olan Şimali Atlantika Əməkdaşlıq Şurası BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini (30 aprel 1993) dəstəkləyən bəyanat qəbul edib. Bəyanatda döyüş əməliyyatlarının dərhal dayandırılması, işğalçı qoşunların Kəlbəcər rayonundan və Azərbaycanın işğal olunmuş digər rayonlarından çıxarılması çağırışı yer almışdı.

 

10 iyun 2000 - Prezident Heydər Əliyev Tehranda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) dövlət başçılarının sammitində iştirak edib. Zirvə gedişində Pakistan rəhbəri Pərviz Müşərrəf Ermənistanı Azərbaycana qarşı hərbi təcavüzə son qoymağa çağıran sərt bəyanat verib. Pakistan rəhbəri zərurət yaranarsa, Azərbaycana hərbi kömək göstərəcəklərini bəyan edib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi