“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
11.06.2013, 10:15
1584

Azərbaycan tarixi günbəgün: 11 iyun

A- A+

11 iyun 1919 - Azərbaycanın müxtəlif bölgələrində baş qaldıran qiyamları yatırmaq üçün Xalq Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəylinin sədrliyi ilə Dövlət Müdafiə Komitəsi yaradılıb...

 

11 iyun 1913 – Görkəmli aktrisa, Azərbaycanın və SSRİ-nin Xalq artisti Hökümə Abbasəli qızı Qurbanova (1913 – 2.11.1988) anadan olub. 1938-ci ildən ömrünün sonunadək Milli Dram Teatrınında çalışıb, dramatik və faciə rollarının əvəzsiz ifaçısı olub. Kinoda ilk işi 1936-cı ildə “Almaz” filmində Yaxşı rolu olub. "Onu bağışlamaq olarmı?" (Kəmalə xanım), "İnsan məskən salır" (Ana) filmlərində çəkilib.

 

11 iyun 1919 - Xalq Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəylinin sədrliyi ilə Dövlət Müdafiə Komitəsi yaradılıb. Həmin dövrdə ölkənin müxtəlif bölgələrində baş qaldıran qiyamlar (Muğan-Lənkəran bölgəsində bolşeviklər tərəfindən təşviq edilən rusların (molokanların) qiyamı, Qarabağ, Naxçıvan və Zəngəzurda ermənilərin Xalq Cümhuriyyəti əleyhinə silahlı çıxışları) hökuməti bu addıma məcbur etmişdi.

 

1991 - Azərbaycan hökuməti Ermənistandan qovulmuş azərbaycanlı əhalinin bir qisminin Xanlar (Göygöl) rayonunun Çaykənd və Qarabulaq (1991-ci ilədək ermənilər yaşayan ərazilər) kəndlərində yerləşdirilməsi barədə gecikmiş qərar qəbul edib. Ermənistandan deportasiya edilmiş azərbaycanlı əhali hələ 1988-ci ildə Dağlıq Qarabağda və ermənilər yaşayan digər ərazilərdə yerləşmək istəsə də, o vaxtkı respublika rəhbərliyi buna imkan verməmişdi.


11 iyun 1993 - Azərbaycanla Belarus Respublikası arasında diplomatik münasibətlər qurulub.

 

11 iyun 1994 - Rusiyanın müdafiə naziri Pavel Qraçov Dağlıq Qarabağda və Ermənistan-Azərbaycan cəbhə xətti boyunca rus sülhməramlı qoşunlarının yerləşdirilməsi imkanlarını müzakirə etmək üçün Bakıya səfərə gəlib. Azərbaycan rəhbərliyi Rusiya tərəfin bu təklifini rədd etdi. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi