“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
28.06.2013, 09:37
1661

Azərbaycan tarixi günbəgün: 28 iyun

A- A+

28 iyun 2000 – Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi barədə tövsiyə qərarı qəbul edilib...

 

28 iyun 1842 – Görkəmli Azərbaycan maarifçisi, alim, publisist və pedaqoq Həsən bəy Zərdabi (1842-1907) keçmiş Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur. Zərdabi 1875-ci il iyulun 22-də Rusiya impariyasında ilk turkdilli qazetin - «Əkinçi» qəzetinin nəşrinə başlamaqla Azərbaycan milli mətbuatının əsasını qoyub. Zərdabi həmçinin Moskva Universitetinin namizədlik diplomu ilə bitirən ilk müsəlman, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi (1869), Azərbaycanda ilk müsəlman xeyriyyəçilik hərəkatının banisi ("Cəmiyyəti-Xeyriyyə", 1872), Azərbaycanda ilk qızlar gimnaziyasın açılmasının təşəbbüskarı və təşkilatçısı, Azərbaycan müəllimlərinin birinci qurultayının təşkilatçısı və qurultayın sədri (1906) olub.

 

28 iyun 1926 – Tanınmış dövlət xadimi, daxili xidmət general-leytenantı Arif Heydərov (1926-1978) anadan olmuşdur. 1967-1970-ci illərdə SSRİ-nin Türkiyədəki səfirliyində konsul işləyib. 1970-1978-ci illərdə Azərbaycan SSR-in daxili işlər naziri olub, sui-qəsd nəticəsində qətlə yetirilib. Hazırda Azərbaycan Daxili İşlər Nazirliyinin respublika hospitalı general Arif Heydərovun adını daşıyır. Bakıda A.Heydərov adına küçə var.

 

28 iyun 1996 – Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosu Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusunun verilməsi barədə qərar qəbul edib. Azərbaycan parlamenti Avropa Şurasında "xüsusi dəvət edilmiş qonaq" statusu almaq üçün quruma 1992-ci ilin yanvarında müraciət etmişdi. AŞPA Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusu verdikdən sonra, 1996-cı il iyulun 13-də prezident Heydər Əliyev Avropa Şurasının baş katibinin adına məktub göndərərək Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi İnsan hüquqları və azadlıqları haqda Avropa konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirmişdir.

 

28 iyun 2000 – Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi barədə tövsiyə qərarı qəbul edilib. AŞPA Siyasi Komitəsinin Azərbaycan üzrə məruzəçi Jak Bomelin (Fransa) hesabatı üzrə keçirilmiş səsvermədə 120 nəfər lehinə, 1 nəfər əleyhinə səs vermiş, 5 nəfər bitərəf qalmaqla Azərbaycan Respublikasının Avropa Şurasının tam hüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilmişdi. Azərbaycan 2001-ci il yanvarın 25-də rəsmən Avropa Şurasına üzv qəbul olundu. 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi