“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.06.2013, 09:33
1400

Azərbaycan tarixi günbəgün: 27 iyun

A- A+

27 iyun 1993 – Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın şimalında Ağdərə (Mardakert) rayon mərkəzini ələ keçiriblər. Rayonun böyük hissəsi və rayon mərkəzi 1992-ci ilin yayında Azərbaycan ordu hissələrinin nəzarətinə keçmişdi...

 

27 iyun 1918 – Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələrindən ibarət «Qafqaz İslam Ordusu» Göyçay yaxınlığındakı döyüşdə «Bakı Soveti»nin qoşunlarını məğlub ediblər. Bu zəfər Xalq Cümhuriyyəti hökumətinin ölkəyə tam nəzarəti ələ keşirməsi üçün başlanan hərbi əməliyyatların gedişində önəmli dönüş olub. «Qafqaz İslam Ordusu»nun hissələri daşnak-bolşevik qoşunlarının hücumlarını dayandıraraq əks-hücuma keçiblər. 

 

27 iyun 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti «Dövlət dili haqqında» qərar qəbul edib. Azərbaycan (türk) dili Xalq Cümhuriyyəti ərazisində dövlət dili elan olunub.

 

27 iyun 1921 – Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Ermənistan SSR-in Dağlıq Qarabağa iddiasını rədd edib. MK-nın qərarında Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu vurğulanırdı. Bu, ermənilərin Qarabağ iddialarına Azərbaycanın bolşevik rəhbərliyi tərəfdən verilən ilk cavab idi.

 

27 iyun 1924 – Görkəmli aktyor, xalq artisti Məlik Dadaşov (1924-1996) Bakıda anadan olub. Uzun illər Milli Dram Teatrında fəaliyyət göstərib, səhnədə və televiziya tamaşalarında bir çox rolları ilə yaddaşlarda qalıb. Azərbaycan kinosunda bir sıra unudulmaz obrazlar (“Dəli Kür” (Molla Sadıq), “Ulduzlar sönmür” (General Mehmandarov), “26 Bakı komissarı” (Əzizbəyov), “Birisi gün gecə yarısı” (Nəriman Nərimanov), “Axırıncı aşırım” (Qəmlo), “O dünyadan salam” (Şeyx Nəsrulla), “Fəryad” (Aram Xaçaturyan) və s.) yaradıb. Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 1996-cı il dekabrın 3-də vəfat edib.

 

 
27 iyun 1991 – Azərbaycanın Ali Soveti respublikanın "Suveren Dövlətlər İttifaqı haqqında" müqavilədə iştirak etməsi barədə qərar qəbul edib. SSRİ-nin yeni ittifaq dövləti ilə əvəzlənməsi barədə qərar 1991-ci il 17 mart referendumundan sonra qəbul olunmuşdu. Yeni ittifaq müqaviləsi avqustun 20-də Moskvada imzalanmalı idi.

 

27 iyun 1991 – Erməni silahlı birləşmələri Dağlıq Qarabağın Martuni (indiki Xocavənd) rayonunun azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edərək 6 sakini qətlə yetiriblər. Bu, Qarabağ münaqişəsi başlayandan sonra ermənilərin azərbaycanlı yaşayış məntəqəsinə ilk böyük hücumu idi. Qaradağlı kəndi 1992-ci ilin fevralında erməni silahlı qüvvələri tərəfindən işğal olundu, onlarla sakin öldürüldü və əsir götürüldü.

 

27 iyun 1993 – Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın şimalında Ağdərə (Mardakert) rayon mərkəzini ələ keçiriblər. Ağdarə rayonunun böyük hissəsi və rayon mərkəzi 1992-ci ilin yayında Azərbaycan ordu hissələrinin nəzarətinə keçmişdi. Ermənilər 1993-ci ilin iyununda Ağdərə şəhəri ilə yanaşı, rayonun bir neçə kəndini də ələ keçirdilər. Ağdərə istiqəmətində irəliləyən erməni qüvvələrinin hücumlarını dəf edə bilməyən Azərbaycanın ordu hissələri geri çəkilərək Ağdam şəhərinin bir neçə kilometrliyində gərar tutmuşdular. 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi