Azərbaycan tarixi günbəgün: 1 iyun
1 iyun 1992 - Roma şəhərində ATƏT-in himayəsi altında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ilk danışıqlar başlanıb...
1 iyun 1920 - Azərbaycanda teatrların milliləşdirilməsi haqqında dekret verilib. Azərbaycan Dövlət Teatrı yaradılıb.
1 iyun 1936 - Xalq artisti, dirijor, professor Nəriman Abbasqulu oğlu Əzimov anadan olub.
1 iyun 1992 - Roma şəhərində ATƏM-in (1995-ci ildən ATƏT) himayəsi altında Qarabağ nizamlanması üzrə ilk danışıqlar başlanıb. Müzakirələrdə Azərbaycan və Ermənistanla yanaşı, Minsk qrupunda təmsil olunan ölkələrin (Rusiya, ABŞ, İtaliya, Almaniya, Çexoslovakiya, İsveç, Fransa, Türkiyə, Belarus) nümayəndələri iştirak edirdilər. Bu format barədə razılıq 1992-ci ilin 24 martında ATƏM rəhbərliyinin Helsinki toplantısında əldə olunmuşdu.
1 iyun 1992 - Azərbaycanla Lüksemburq (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 31-də tanıyıb) arasında diplomatik münasibətlər qurulub.
1 iyun 1997 - ATƏT-in Minsk qrupunun həmsədrləri (Rusiya, ABŞ, Fransa) Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan və Ermənistana kompleks plan təklif etdilər. Bu, beynəlxalq vasitəçilərin Qarabağ nizamlanmasına dair tərəflərə rəsmən təqdim etdikləri ilk plan idi. Təklifin başlıca ideyası iki əsas məsələ ilə bağlı paralel danışıqların aparılmasından ibarət idi: işğal olunmuş ərazilərdən silahlı qüvvələrin çıxarılması və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi. Azərbaycan “paket həll” planını bəzi istisnalarla qəbul etdi, Ermənistan isə ondan imtina etdi.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: