“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
12.06.2013, 10:29
1512

Azərbaycan tarixi günbəgün: 12 iyun

A- A+

12 iyun 1806 - Şuşa yaxınlığındakı Xanbağında Qarabağ xanı İbrahim xan Cavanşir ailəsi ilə birlikdə rus hərbçiləri tərəfindən qətlə yetirilib...

 

12 iyun 1806 - Şuşa yaxınlığındakı Xanbağında Qarabağ xanı İbrahim xan Cavanşir ailəsi ilə birlikdə rus hərbçiləri tərəfindən qətlə yetirilib. Erməni əsilli mayor Lisaneviçin dəstəsi xan çadırına basqın edərək bütün ailəni vəhşicəsinə öldürüblər. Çar Rusiyası bir il öncə (14 may 1805) İbrahim xanla bağladığı Kürəkçay müqaviləsinin şərtlərinə beləcə «əməl etdi».

 

12 iyun 1830 - Balakəndə rus işğalına qarşı yeni üsyan başlanıb. Üsyana şeyx Şaban və Həmzət bəy başçılıq ediblər. Rus qoşunları üsyanı qan içində boğublar. Bundan öncə (fevral 1830), Balakəndə baş vermiş üsyan şəxsən general Paskeviçin rəhbərliyi ilə yatırılmışdı. 1830-cu ilin sonunda bölgədə daha bir üsyan alovlandı.

 

12 iyun  1928 - Xalq yazıçısı, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İsa Hüseynov (Muğanna; 1928 - 1.4.2014) Qazax rayonunun Muğanlı kəndində anadan olub. Tarixi və fəlsəfi romanları («Məhşər», «İdeal» və s.) yazıçıya böyük şöhrət gətirib.

 

12 iyun 1932 - Xalq artisti, tanınmış gülüş ustası Hacıbaba Bağırov (1932-2006) anadan olub. Uzun müddət Musiqili Komediya Teatrına rəhbərlik edib.

 

12 iyun 1943 - Tanınmış kinodramaturq və rejissor, Xalq artisti Oqtay Mirqasımov anadan olmuşdur. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi