“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
14.06.2013, 10:37
1350

Azərbaycan tarixi günbəgün: 14 iyun

A- A+

14 iyun 1919 - Xalq Cümhuriyyətinin parlamenti Muğan bölgəsindəki rus kəndlərində bolşevik təmayüllü qiyamın qaldırılması, ermənilərin Qarabağ və Zəngəzurda silahlı çıxışları ilə bağlı ölkədə hərbi vəziyyət elan edib...

 

14 iyun 1794 - Görkəmli şair, mütəfəkkir Mirzə Şəfi Vazeh (1794-1852) anadan olub. Vazehin poeziyası özünün xəbəri olmadan Avropaya yayılıb və şöhrət qazanıb. Alman şərqşünas-səyyah Bodenştedt Mirzə Şəfi Vazeh qəzəllərini tərcümə edərək öz imzası altında nəşr etdirib. Yalnız xeyli sonra o, nəşr etdirdiyi poetik incilərin Vazehə məxsus olduğunu etiraf edib.

 

14 iyun 1888 – İctimai-siyasi xadim, publisist Camo bəy Hacınski (1888-1942) anadan olub. Camo bəy Hacinski Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci, 4-cü və 5-ci hökumətlərində nazir postu tutub. Sovet dövründə mədəniyyət və maarif sahəsində fəaliyyətini davam etdirib. 1922-1928-ci illərdə həbsdə olub. 1938-ci ildə yenidən həbs edilərək sürgün olunub və 1942-ci ildə Rusiyanın Kirov vilayətinin Vyatka düşərgəsində vəfat edib. 1956-cı ildə ona ölümündən sonra bəraət verilib.

 

14 iyun 1919 - Xalq Cümhuriyyətinin parlamenti ölkədə vəziyyətin elan olunması barədə qərar qəbul edib. Baş nazir Nəsib Usubbəylinin rəhbərlik etdiyi Dövlət Müdafiə Komitəsinə fövqəladə səlahiyyətlər verilib. Muğandakı bolşevik təmayüllü qiyamın, ermənilərin Qarabağ və Zəngəzurdakı silahlı çıxışlarının yatırılması üçün bu bölgələrə ordu hissələri göndərilib.

 

14 iyun 1946 - Cənubi Azərbaycanda (Təbriz) Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi Azərbaycan Milli Hökuməti süqut edib. 1945-ci ilin 12 dekabrında (21 Azər hərəkatı) elan edilən solçu təmayüllü Pişəvəri hökumətinə ilk mərhələdə bölgədəki sovet qoşunları tərəfindən müəyyən dəstək vardı. Lakin II Dünya müharibəsinin başa çatması ilə sovet qoşunları bölgəni tərk etdilər və Milli Hökumətə qarşı İran şah rejimi tərəfindən geniş repressiyalar başlandı. Bir qrup məsləkdaşı ilə sovet Azərbaycanına mühacirət edən Pişəvəri burada müəmmalı avtomobil qəzasında həlak oldu.

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi