“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
18.10.2013, 10:43
1952

Azərbaycan tarixi günbəgün: 18 oktyabr

A- A+

18 oktyabr 1991 – Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edib...

 

18 oktyabr 1948 – Fizika-riyaziyyat elmləri doktoru, akademik Mahmud Kərim oğlu Kərimov (1948 - 10.2.2013) İrəvanda anadan olub. Radiasiya təhlükəsizliyi, radioekologiya sahəsində fundamental elmi tədqiqat işlərinin müəllifidir. 2001-2013-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezident olub.

 

18 oktyabr 1949 – Tanınmış teatr rejissoru, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu (Həsənov; 1949 - 12.5.2011) anadan olub. 1989-cu ildə qurduğu və ömrünün sonunadək rəhbərlik etdiyi Yuğ Teatrı Azərbaycan teatr tarixində özünəməxsus yer tutur.

 

18 oktyabr 1991 – Azərbaycan parlamenti - Ali Sovet  “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edib. Konstitusiya Aktı Azərbaycanın müstəqilliyini bərpa etməsi barədə parlamentin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinin davamı olaraq qəbul olunub. Respublikanın o vaxtkı rəhbərliyi bu prosesi xeyli ləngitsə də, nəticədə Azərbaycanın müstəqillik tarixi üçün böyük önəm kəsb edən sənəd qəbul edildi. Səsvermədə 360 nəfərlik Ali Sovetin 258 deputatı iştirak etmiş və hamısı lehinə səs vermişdi. 6 fəsil, 32 maddədən ibarət sənədin preambulasında 1918-1920-ci illər Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanın Rusiya tərəfindən ilhaq edildiyi qeyd olunur, Konstitusiya Aktının Azərbaycan Milli Şurasının 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə əsaslandığı vurğulanırdı.

 

18 oktyabr 1991 – Prezident Ayaz Mütəllibov Azərbaycanın şəhər və rayonlarında icra hakimiyyəti başçısı vəzifəsinin təsis edilməsi barədə fərman verib.

 

18 oktyabr 1994 –  Azərbaycan prezidenti Heydər Əliyev türkdilli dövlətlərin başçılarının İstanbulda keçirilən 2-ci zirvə toplantısında iştirak edib.

 

18 oktyabr 2002 – NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin rəhbəri, ABŞ-ın Avropadakı qoşunlarının baş komandanı Cozef Ralstonun Bakıya səfəri gedişində Azərbaycan hərbçilərinin Türkiyə kontingenti tərkibində Əfqanıstandakı sülhməramlı əməliyyatda iştirakı məsələsi razılaşdırılıb. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

 

Xəbərlər
Redaktorun seçimi