“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
21.10.2013, 10:06
1460

Azərbaycan tarixi günbəgün: 21 oktyabr

A- A+

21 oktyabr 1987 – Heydər Əliyev Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovun təzyiqi ilə SSRİ rəhbərliyindən istefa verib...

 

21 oktyabr 1603 – Təbrizdə Osmanlı hakimiyyəti əleyhinə xalq üsyanı başlayıb. Üsyandan istifadə edən Səfəvi hökmdarı I Şah Abbas qoşunları ilə Təbrizə daxil olaraq Osmanlı qüvvələrini şəhərdən çıxarıb. Bununla Səfəvi dövləti ilə Osmanlı imperatorluğu arasında növbəti müharibə (1603-1612) başlanıb. Osmanlı dövləti bundan öncəki müharibədə (1578-1590) Səfəviləri məğlub edərək Şimali və Qərbi Azərbaycanı, həmçinin Cənubi Azərbaycanın bir hissəsini (Təbriz, Marağa) ələ keçirmişdi. Yeni müharibə Səfələrin üstünlüyü ilə keçdi və I Şah Abbas sələfi Məhəmməd Xudabəndin itirdiyi torpaqları geri aldı.

 

21 oktyabr 1932 – Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, inqilab ruhlu şair və ictimai xadim Xəlil Rza Ulutürk (1932-1994) Salyan rayonunun Pirəbbə kəndində anadan olub. 1988-ci ildə başlanan milli-azadlıq hərəkatının aparıcı simalarından olub, 1990-cı ilin 20 yanvar qırğınından sonra SSRİ DTK tərəfindən həbs edilib, Moskvadakı Lefortovo həbsxanasında 9 ay həbsdə saxlanılıb. 1992-ci ildə Xəlil Rza Ulutürkə Azərbaycanın “Xalq şairi” fəxri adı verilib. Şair 1994-cü il iyunun 22-də vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

 

21 oktyabr 1987 – Heydər Əliyev Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovun təzyiqi ilə SSRİ rəhbərliyindən istefa verib. Sov.İKP MK-nın plenumunda Heydər Əliyevin partiyanın ali orqanından - Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən istefası qəbul olunub. Ertəsi gün Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsindən də istefa verdi və SSRİ Ali Sovetinin Rəyasət Heyəti istefanı qəbul etdi. Bununla bağlı qərarda Heydər Əliyevin “səhhətinə görə pensiyaya çıxması ilə əlaqədar” istefa verdiyi qeyd edilmişdi. Heydər Əliyevin SSRİ rəhbərliyindən kənarlaşdırılmasından dərhal sonra ermənilər M.Qorbaçovun xeyir-duası ilə Qarabağ avantürasına start verdilər.

 

21 oktyabr 1993 – Azərbaycan Respublikası ilə Braziliya (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 26-da tanıyıb) arasında diplomatik münasibətlər qurulub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi