“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
02.10.2013, 10:00
1050

Azərbaycan tarixi günbəgün: 2 oktyabr

A- A+

2 oktyabr 1992 – Ermənistan silahlı qüvvələri Xocavənd rayonunu tamamilə işğal ediblər. 1992-ci ilin sentyabrında Azərbaycan Ordusunun hissələri Xocavənd şəhərini nəzarətə götürmüşdü...

 

2 oktyabr 1927 – SSRİ ilə İran arasında “Qarşılıqlı təminatlar və neytrallıq haqqında” saziş imzalanıb. Sazişdə iki ölkənin Xəzərdəki sərhədi Astara (Azərbaycan) - Həsənqulu (Türkmənistan) xətti üzrə müəyyənləşib. Bundan öncə eyni sərhəd xətti 1921-ci ildə imzalanmış müqavilədə əksini tapmışdı. Tərəflər yeni sazişdə bir-birinə qarşı siyasi və iqtisadi blokadada iştirak etmək barədə öhdəlik də götürüblər.

 

2 oktyabr 1991 – İran hökuməti Bakıdan Naxçıvana gedən yük maşınlarının ölkə ərazisindən keçməsinə rəsmən razılıq verib. Bakı-Naxçıvan yolunun Ermənistan tərəfindən bağlanmasından sonra Azərbaycan hökuməti nəqliyat dəhlizi ayrılması xahişi ilə İrana müraciət etmişdi.

 

2 oktyabr 1992 – Ermənistan silahlı qüvvələri Xocavənd rayonunu tamamilə işğal ediblər. Xocavənd rayonu 1991-ci ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının əsasında (ərazisi 1458 kv km) yaradılmışdı. Rayon bir şəhər (Xocavənd-Martuni), iki iri qəsəbə (Qırmızıbazar və Hadrut), 83 kənddən (30-dək azərbaycanlılar yaşayan kənd) ibarətdir. 1992-ci ilin avqustunda Azərbaycan Ordusunun hissələri Xocavənd şəhərini və rayonun bir sıra kəndlərini nəzarətə götürsələr də, sonradan bu mövqeləri itirdilər.

 

2 oktyabr 1995 – Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında diplomatik münasibətlər yaradılıb. 1992-1993-cü illərdə Xalq Cəbhəsi hakimiyyəti dövründə Özbəkistanla münasibətlərdə soyuqluğun yaranması iki ölkənin rəsmi diplomatik əlaqələr qurmasını xeyli ləngitmişdi. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi