“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
16.10.2013, 10:38
1798

Azərbaycan tarixi günbəgün: 16 oktyabr

A- A+

16 oktyabr 1992 – Azərbaycanın bir qrup ziyalısı yeni yaradılan siyasi təşkilata rəhbərlik etmək barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevə müraciət ("91-lər"in müraciəti) ediblər...

 

16 oktyabr 1855 – Görkəmli hərbi xadim, artilleriya general-leytenantı Səməd bəy Mehmandarov (1855-1931) Lənkəranda anadan olub. Səməd bəy Mehmandarov çar Rusiyasının ordusunda diviziya komandiri olub, 1918-1920-ci illərdə Xalq Cümhuriyyətinin müdafiə naziri işləyib. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra general Mehmandarov Bakıda hərbi komandirlər məktəbində dərs deyib.

 

16 oktyabr 1923 - Şair, nasir, filologiya elmləri doktoru, professor Gülhüseyn Hüseynoğlu (1923-2013) Masallı rayonunun Mollaoba kəndində anadan olub. 

 

16 oktyabr 1926 - Bəstəkar, pedaqoq, Xalq artisti, professor Ramiz Mustafayev (1926 - 10.4.2008) anadan olub. “Vaqif, “Polad”, “Xan və əkinçi” operalarının, operettaların, simfoniyaların və s. müəllifidir. 

 

16 oktyabr 1946 - Kinooperator Köçəri Məmmədov (1946-2008) Gədəbəy rayonunda anadan olub. 1969-cu ildən «Azərbaycanfilm» kinostudiyasında işləyib. Azərbaycanın yeni tarixini əks etdirən sənədli və xronikal filmlərin operatoru olub.

 

16 oktyabr 1949 – Əməkdar еlm xadimi, akademik, ədəbiyyatşünas alim İsa Əkbər oğlu Həbibbəyli Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Danyeri kəndində anadan olub. AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin deputatıdır.

 

16 oktyabr 1992 – Azərbaycanın bir qrup ziyalısı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək ondan ölkənin siyasi həyatında fəal iştirak etməyi və yeni yaradılan siyasi təşkilata liderliyi üzərinə götürməyi xahiş edib. "Səs" qəzetində dərc olunan müraciətə 91 nəfər imza atmışdı. Bu hadisə Azərbaycanın yeni tarixinə "91-lərin təşəbbüsü" kimi düşdü. Heydər Əliyev müraciətə müsbət cavab verdi və Azərbaycanın siyasi həyatında yeni təşkilatın - Yeni Azərbaycan Partiyasının təşəbbüs qrupu yarandı. Partiyanın təsis konfransı 1992-ci ilin noyabrın 21-də Naxçıvanda keçirildi.

 

16 oktyabr 1996 – Milli Məclisin iclasında təşkilati məsələyə baxılıb. İclasda Yeni Azərbaycan Partiyası sədrinin müavini, partiyanın proporsional siyahısı üzrə millət vəkili seçilmiş Murtuz Ələsgərov parlamentin sədri seçilib. Bundan öncə, 1996-cı ilin sentyabrında Milli Məclisin sədri Rəsul Quliyev istefa vermişdi.

 

16 oktyabr 2004 – Ağstafa rayonunun Böyük Kəsik kəndində - Azərbaycan-Gürcüstan (Qardabani rayonu) sərhədində Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycan və Gürcüstan hissələrinin birləşdirilməsi mərasimi keçirilib. "Qızıl qaynaq" mərasimində Azərbaycan və Gürcüstan prezidentləri İlham Əliyev və Mixail Saakaşvili iştirak ediblər. Bundan sonra Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi yekun mərhələyə qədəm qoyub.

 

16 oktyabr 2007 – Prezident İlham Əliyev Tehranda Xəzəryanı ölkələrin (İran, Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan) dövlət başçılarının ikinci sammitində (ilk sammit 2002-ci ilin aprelində Aşqabadda keçirilmişdi) iştirak edib. Zirvə toplantısında «Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya” layihəsi müzakirə edilib, birgə bəyannamə qəbul olunub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

 

Xəbərlər
Redaktorun seçimi