“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
22.12.2013, 09:57
964

Azərbaycan tarixi günbəgün: 22 dekabr

A- A+

22 dekabr 1919 – Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu, 5-ci hökumət kabineti parlamentdə təsdiqlənib...

 

22 dekabr 1911 - Görkəmli jurnalist, pedaqoq, professor Nəsir İmanquliyev (1911-1998) anadan olub.  1947-ci ildən Azərbaycan Dövlət Universitetində pedaqoji fəaliyyət göstərib, jurnalist kadrların hazırlanması işinə böyük töhfə verib. "Bakı" və "Baku" qəzetlərinin baş redaktoru olub. 

 

22 dekabr 1919 – Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu, 5-ci hökumət kabineti parlamentdə təsdiqlənib. Bundan öncəki 4-cü hökumət kabineti 1919-cu il martın 14-də qurulmuşdu. 1919-cu il sentyabrın 13-də baş nazir Nəsib bəy Yusifbəyli hökumətin sədri vəzifəsindən istefa vermişdi. Cümhuriyyətin yeni hökuməti də N. Yusifbəylinin baş nazirliyi ilə təşkil olundu.

 

22 dekabr 1920 - Tanınmış kinodramaturq, yazıçı, rejissor Həsən Seyidbəyli (1920-1980) anadan olub. 

 

22 dekabr 1942 - Görkəmli hərbi xadim Həzi Aslanova birinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib. Sovet Ordusunda 55-ci tank briqadasının komandiri olan polkovnik Həzi Aslanov bu ada Stalinqrad döyüşlərində göstərdiyi igidliyə görə layiq görülmüşdü. 1944-cü ildə general-mayor Həzi Aslanov ikinci dəfə yüksək ada təqdim edilsə də, tarixi ədalət uzun illər sonra, 1991-ci ildə öz yerini tapdı.

 

22 dekabr 1992 - Ali Sovetin Milli Şurası “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanun qəbul edib. Qızğın mübahisələrdən sonra, 50 deputatdan 34-nün lehihə səsi ilə qəbul edilən qanunda dövlət dilinin "türk dili" kimi təsbitlənməsi dilçi alimlər arasında və ümumən cəmiyyətdə ziddiyyət doğurmuşdu. 1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyasında dövlət dilinin adı “Azərbaycan dili” olaraq təsbitləndi. 2002-ci ildə parlament “Azərbaycan Respublikasının dövlət dili haqqında” yeni qanun qəbul etdi.

 

22 dekabr 1993 - Ermənistanın işğalçı qüvvələrinin hücümlarını dəf edən Azərbaycan Milli Ordusunun hissələri Fizüli rayonunun Arazboyu yaşayış məntəqələri istiqamətində əks-hücuma keçiblər. Uğurlu əməliyyat nəticəsində rayonun bir sıra kəndləri və Horadiz qəsəbəsi işğaldan azad edildi.

 

22 dekabr 1994 - Azərbaycanla Honduras arasında diplomatik münasibətlər qurulub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Müsəlmanlar, xristianlar, yəhudilər Vətən müharibəsi şəhidlərini yad edirlər

04.12.2020, 17:00 6

Cənubi Qafqaz təhlükəsizlik və əməkdaşlıq baxımından yeni mərhələyə qədəm qoyur

03.12.2020, 10:00 33

Yaşasın bizim çoxmillətli Azərbaycan xalqı!

01.12.2020, 17:00 7

Azərbaycanda milli azlıqlara münasibətdə multikulturalizm siyasəti həyata keçirilir

28.11.2020, 17:00 9

İngiltərədəki azərbaycanlı icması Derbi Şəhər Şurasına etiraz məktubu göndərib

28.11.2020, 16:00 9

Salamat qalan dağlar, biz qayıtdıq...

27.11.2020, 12:00 205

Dağıdılmış şəhərləri, rayonları yenidən dirçəldəcəyik

26.11.2020, 13:00 199

Dini konfessiyaların rəhbərləri Qarabağda dağıdılan dini abidələrlə bağlı birgə bəyanat veriblər

25.11.2020, 09:00 25

Dağ yəhudiləri icması ermənilərin ekoloji terroru ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib

24.11.2020, 20:00 10

Regionda yeni, çox ümidverici şərait yaranıb

22.11.2020, 12:00 419

Ağdam rayonu bizə bir güllə atmadan, bir nəfər də şəhid vermədən qayıdır

20.11.2020, 15:00 425

Bakıdakı rus pravoslav kilsəsində “Qələbəyə görə Allaha təşəkkür messası”

15.11.2020, 19:00 33

Fəxrlə deyirik ki, bəli, biz azərbaycanlıyıq

15.11.2020, 12:00 18

Bütün azərbaycanlı həmvətənlərimizi Qələbə günü münasibətilə təbrik edirik

15.11.2020, 10:00 17

Ölkəmizdəki xristian mirasının qorunması diqqətdə saxlanılır

14.11.2020, 11:00 45

Redaktorun seçimi