“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.12.2013, 09:11
1114

Azərbaycan tarixi günbəgün: 15 dekabr

A- A+

15 dekabr 2003 - Azərbaycanın ümummilli lideri Heydər Əliyev Bakıdakı Fəxri Xiyabanda dəfn olunub...

 

15 dekabr 1055 - Sultan Toğrul bəyin başçılıq etdiyi Səlcuq qoşunları Xilafətin paytaxtı Bağdada daxil olublar. Bağdad daxil olmaqla indiki İraqın bütün ərazisi Səlcuqların nəzarətinə keçib. Xilafət (Abbasilər sülaləsi) oğuz-türk dövləti olan Səlcuq imperatorluğundan asılılığı qəbul edib.

 

15 dekabr 1907 - Görkəmli torpaqşünas alim, akademik Həsən Əliyev (1907-1993) anadan olmuşdur.

 

15 dekabr 1910 - Tanınmış geoloq, akademik Şəfayət Mehdiyev (1910 - 1993) anadan olub.

 

15 dekabr 1994 - Prezident Heydər Əliyev İslam Konfransı Təşkilatının Kasablankada (Mərakeş) keçirilən zirvə toplantısında müsəlman ölkələrini Ermənistanın Azərbaycana hərbi təcavüzünə qarşı daha təsirli mövqe tutmağa çağırıb. Sammitin yekun sənədləri sırasında Ermənistanın Azərbaycana təcavüzünü pisləyən qətnamə qəbul edilib. 

 

15 dekabr 2001 - ABŞ-ın müdafiə naziri Donald Ramsfeld Cənubi Qafqaza səfəri çərçivəsində Bakıya gəlib. Bu, Pentaqonun şefinin regiona ilk səfəri idi. Ramsfeld Azərbaycanın beynəlxalq antiterror kampaniyasında fəal iştirakına görə ölkə rəhbərliyinə təşəkkür edib, prezident Heydər Əliyevlə ABŞ-Azərbaycan hərbi əməkdaşlığını müzakirə edib. 

 

15 dekabr 2003 - Azərbaycan xalqı Heydər Əliyevlə vidalaşıb. Heydər Əliyev dekabrın 12-də ABŞ-da, uzun müddət müalicə olunduğu Klivlend Klinikasında vəfat etmişdi. Dəfn mərasimində Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna prezidentləri, Gürcüstanın dövlət rəhbərliyi, digər ölkələrdən yüksək nümayəndə heyətləri iştirak edib. Heydər Əliyev Fəxri Xiyabanda dəfn olunub. 

 

15 dekabr 2016 - Xəzər dənizində “Azneft” İB-nin N.Nərimanov adına Neft-qazçıxarma idarəsinin 3 saylı Neft yığım məntəqəsində yerləşən estakadanın uçması nəticəsində 10 neftçi həlak olub (itkin düşüb).

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi