“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
04.12.2013, 09:21
1180

Azərbaycan tarixi günbəgün: 4 dekabr

A- A+

4 dekabr 1988 - Bakının Lenin (indiki Azadlıq) meydanında noyabrın 17-dən davam edən mitinqlərə ordu hissələrinin müdaxiləsi ilə son qoyulub...

 

4 dekabr 1929 - Azərbaycanda dövlət əhəmiyyətli ilk qoruq - Zaqatala qoruğu yaradılıb. Zaqatala və Balakən rayonları ərazisində 25 min hektardan çox ərazini əhatə edən qoruqda adı «Qırmızı kitaba» düşmüş onlarla nadir bitki və heyvan növü mühafizə olunur.

 

4 dekabr 1950 - Əməkdar elm xadimi, professor, yazıçı Kamal Abdulla (Kamal Mehdi oğlu Abdullayev) anadan olub. 80-ci illərdə populyar televiziya verilişlərinin (“Qoşma”, “Dəfinə”) aparıcısı olub. “Unutmağa kimsə yox”, “Bir, iki, bizimki” pyesləri, “Yarımçıq əlyazma” romanı və s. əsərlərin müəllifidir. 2000-2014-cü illərdə Bakı Slavyan Universitetinin rektoru olub. 2014-cü ildə multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilib.

 

4 dekabr 1988 - Bakının Lenin (indiki Azadlıq) meydanında noyabrın 17-dən davam edən mitinqlərə ordu hissələrinin müdaxiləsi ilə son qoyulub. 18 gün davam edən aksiya Ermənistandan azərbaycanlıların kütləvi deporatsiyasına, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına SSRİ-nin və o vaxtkı respublika rəhbərliyinin bəslədiyi laqeyd münasibətə kütləvi xalq etirazı idi. Dekabrın 4-də Bakıda fövqəladə vəziyyət rejimi tətbiq edilmiş, gecə yarısı meydana SSRİ DİN-in Daxili Qoşunları və hərbi texnika yeridilmiş, aksiya böyük zorakılıqla dağıdılmışdı. Yüzlənlə insan həbs olunmuş və yaralanmışdı.

 

4 dekabr 1999 - Prezident Heydər Əliyev amnistiya haqqında fərman imzalayıb. Avropa Şurasının 50 illiyi münasibətilə elan edilən amnistiya aktı 11 min məhbusa şamil edildi, 4 min nəfər cəzaçəkmə yerlərindən azadlığa çıxdı.

 

4 dekabr 2008 - ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilən illik toplantısında Azərbaycan nümayəndə heyəti «Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair prinsiplər» adlı sənəd yayıb. Sənəddə Azərbaycanın münaqişənin siyasi vasitələrlə həllinə tərəfdar olduğu, lakin heç vaxt ərazi bütövlüyünü güzəştə getməyəcəyi vurğulanırdı. Helsinkidə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Rusiya və Fransa xarici işlər nazirləri və ABŞ dövlət katibi yardımçısının iştirakı ilə görüşü keçirilib. 

 

4 dekabr 2015 – Xəzərin Azərbaycan sektorundakı “Günəşli” neft yatağında baş vermiş qəza nəticəsində 30 nəfər neftçi həlak olub.

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi