“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
06.12.2013, 10:30
1191

Azərbaycan tarixi günbəgün: 6 dekabr

A- A+

6 dekabr 1881 – Azərbaycan rabitəsinin yarandığı gündür. Həmin gün Bakıda ilk telefon rabitə qurğusu istifadəyə verilib...

 

6 dekabr 1846 - Rusiya çarı I Nikolay Cənubi Qafqazda bəy və ağaların hüquqları haqqında qanun (reskript) imzalayıb. Qafqazın ilk canişini qraf S.Vorontsovun təşəbbüsü ilə hazırlanan sənəd çar Rusiyasının işğal etdiyi Azərbaycan torpaqlarında bəy və ağaların mülkiyyət hüquqları, onların kəndlilərlə münasibətləri və s. əksini tapmışdı. 1841-ci ildə azərbaycanlı bəy və ağaların torpaqlarının müsadirə olunması barədə qanun verilməsi yerlərdə üsyanlara səbəb olmuşdu və onun icrası dayandırılmışdı. Yeni qanunda ilk dəfə olaraq bəy və ağalara məxsus torpaqlar onların irsi mülkiyyəti kimi təsdiq olunurdu.

 

6 dekabr 1881 – Azərbaycan rabitəsinin yarandığı gündür. Həmin gün Bakıda ilk telefon rabitə qurğusu istifadəyə verilib. Prezident İlham Əliyevin 2006-cı il 2 dekabr tarixli sərəncamı ilə 6 dekabr “Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü” elan edilib.

 

6 dekabr 1993 - Milli Məclisin qərarı ilə Azərbaycanın yeni Konstitusiyasının layihəsinin hazırlanması ilə bağlı ilk işçi qrup - müvəqqəti komissiya yaradılıb. Komissiyanın fəaliyyəti qeyri-qənaətbəxş olduğundan 1994-cü ilin mayında onun tərkibi yeniləndi. Bununla belə, komissiya Konstitusiya hazırlığı yönündə real fəaliyyət göstərə bilmədi. Ölkədə yaşanan mürəkkəb proseslər, dövlət çevrilişi cəhdləri və s. ölkə rəhbərliyinin məsələ ilə bilavasitə məşğul olmasını mümkünsüz edirdi. Nəhayət, 1995-ci ilin mayın 2-də prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası yaradıldı və Əsas Qanunun layihəsi hazırlandı. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi