“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
20.12.2013, 09:49
1173

Azərbaycan tarixi günbəgün: 20 dekabr

A- A+

20 dekabr 1994 - ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsi regionunda atəşkəsə nəzarətlə bağlı Yüksək Səviyyəli Planlaşdırma Qrupu təsis olunub...

 

20 dekabr 1905 - Tənqidçi, ədəbiyyatşünas Atababa Musaxanlı (1905 - 1941) anadan olub.

 

20 dekabr 1991 - Ali Sovetin Milli Şurası "Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinə münasibəti haqqında" qərar qəbul edib. Qərarda bildirilirdi ki, Azərbaycan Respublikasının "indiki vəziyyətdə MDB-yə qoşulması" məqsədəuyğun sayılmır. Bununla belə, prezident A.Mütəllibov dekabrın 21-də Almatıda keçirilən sammitdə MDB-nin təsis olunması barədə sazişə imza atmışdı. Lakin sənəd Milli Şura tərəfindən ratifikasiya olunmadı. Nəhayət, 1993-cü ilin sentyabrında, artıq Heydər Əliyev iqtidarı dövründə parlament Azərbaycanın MDB-yə üzvlüyünə razılıq verdi.

 

20 dekabr 1991 - Keçmiş SSRİ respublikalarından birinci olaraq Litva Azərbaycanın müstəqilliyini tanıyıb. İki ölkə arsında diplomatik münasibətlər isə xeyli sonra, 1995-ci il noyabrın 20-də quruldu.

 

20 dekabr 1993 - Parisdə rəsmi səfərdə olan prezident Heydər Əliyev Azərbaycanın ATƏM-in (1995-ci ilədək ATƏT belə adlanırdı) əsas sənədlərindən olan "Yeni Avropa üçün Paris Xartiyası"na qoşulması barədə sənədi imzalayıb. Avropada yeni geosiyasi reallıqları əks etdirən sənəd 1990-cı ildə ATƏM-in Paris sammitində qəbul olunmuşdu.

 

20 dekabr 1994 - ATƏT-in Budapeşt sammitinin (5-6 dekabr 1994) nəticələrinə əsasən, Vyanada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə təşkilatın Yüksək Səviyyəli Planlaşdırma Qrupu təsis olunub. ATƏT-ə üzv ölkələrin təyin etdiyi hərbi nümayəndələrdən ibarət olan bu təsisat Ermənistan-Azərbaycan münaqişəsi regionunda atəşkəsə riayət olunmasına nəzarət edir. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Müsəlmanlar, xristianlar, yəhudilər Vətən müharibəsi şəhidlərini yad edirlər

04.12.2020, 17:00 6

Cənubi Qafqaz təhlükəsizlik və əməkdaşlıq baxımından yeni mərhələyə qədəm qoyur

03.12.2020, 10:00 33

Yaşasın bizim çoxmillətli Azərbaycan xalqı!

01.12.2020, 17:00 7

Azərbaycanda milli azlıqlara münasibətdə multikulturalizm siyasəti həyata keçirilir

28.11.2020, 17:00 9

İngiltərədəki azərbaycanlı icması Derbi Şəhər Şurasına etiraz məktubu göndərib

28.11.2020, 16:00 9

Salamat qalan dağlar, biz qayıtdıq...

27.11.2020, 12:00 205

Dağıdılmış şəhərləri, rayonları yenidən dirçəldəcəyik

26.11.2020, 13:00 199

Dini konfessiyaların rəhbərləri Qarabağda dağıdılan dini abidələrlə bağlı birgə bəyanat veriblər

25.11.2020, 09:00 25

Dağ yəhudiləri icması ermənilərin ekoloji terroru ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib

24.11.2020, 20:00 10

Regionda yeni, çox ümidverici şərait yaranıb

22.11.2020, 12:00 419

Ağdam rayonu bizə bir güllə atmadan, bir nəfər də şəhid vermədən qayıdır

20.11.2020, 15:00 425

Bakıdakı rus pravoslav kilsəsində “Qələbəyə görə Allaha təşəkkür messası”

15.11.2020, 19:00 33

Fəxrlə deyirik ki, bəli, biz azərbaycanlıyıq

15.11.2020, 12:00 18

Bütün azərbaycanlı həmvətənlərimizi Qələbə günü münasibətilə təbrik edirik

15.11.2020, 10:00 17

Ölkəmizdəki xristian mirasının qorunması diqqətdə saxlanılır

14.11.2020, 11:00 45

Redaktorun seçimi