“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
24.12.2013, 09:03
1400

Azərbaycan tarixi günbəgün: 24 dekabr

A- A+

24 dekabr 1961 - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərində anadan olub...

 

24 dekabr 1921 - Görkəmli tarixçi və şərqşünas, akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Musa oğlu Bünyadov (1923 - 21.2.1997) Astarada anadan olub. 1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının akademiki, 1990-cı ildə vitse-prezidenti seçilib. EA-nın Şərqşünaslıq İnstitutuna rəhbərlik edib. Milli Məclisin deputatı (1995-1997) olub. 

 

24 dekabr 1961 - Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev Bakı şəhərində anadan olub. 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu, 1985-ci ildə onun aspiranturasını bitirib. Tarix elmləri namizədidir. 1985-1990-cı illərdə bu təhsil ocağında dərs deyib. 1991-1994-cü illərdə biznes fəaliyyəti ilə məşğul olub. 1994-cü ildə ARDNŞ-in vitse-prezidenti, 1996-cı ildə 1-ci vitse-prezidenti təyin edilib. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edir. 1999-cu ildə YAP-ın I qurultayında partiya sədrinin müavini, 2001-ci ildə 1-ci müavini seçilib. 2001-2003-cü illərdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə rəhbərlik edib, AŞPA-nın vitse-prezidenti olub. 2003-cü il avqustun 4-də Azərbaycanın baş naziri təyin edilib. 2003-cü ilin 15 oktyabr seçkilərində Azərbaycan Respublikasının Prezidenti seçilib. 2008-ci il oktyabrın 15-də ikinci müddətə prezident seçilib. 2013-cü ilin 9 oktyabr prezident seçkilərində üçüncü müddətə dövlət başçısı seçilib.

 

24 dekabr 1979 - Xalq artisti, aktrisa Sona Salman qızı Hacıyeva (25.6.1907, Şəki - 1979) vəfat edib.

 

24 dekabr 1993 - Prezident Heydər Əliyev ilk dəfə iştirak etdiyi MDB sammitində (Aşqabad) bəyanatla çıxış edərək Birlik ölkələrini Ermənistanın Azərbaycana qarşı təcavüzünə münasibət bildirməyə çağırıb. Lakin MDB ölkələri bu məsələdə obyektiv mövqe tutmaqdan yayınıblar və ötən müddətdə qurum bir dəfə də olsun Ermənistanın işğalçılıq siyasətinə münasibət bildirilməyib. Aşqabad sammitində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü də nəticəsiz bitib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi