“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
17.07.2013, 10:38
1571

Azərbaycan tarixi günbəgün: 17 iyul

A- A+

17 iyul 1920 – Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri olmuş Behbud ağa Cavanşir İstanbulda erməni terrorçusu Misak Torlakyan tərəfindən qətlə yetirilib...

 

17 iyul 1487 – Azərbaycan Səfəvilər dövlətinin banisi, görkəmli sərkərdə, şair Şah İsmayıl Xətai (1487-1524) Ərdəbildə anadan olub. Səfəvilər dövlətinin təməli dini-siyasi hərəkat olaraq Şeyx Səfi tərəfindən qoyulub. 1450-1480-ci illərdə Ağqoyunlu hökmdarı Uzun Həsənin (İsmayılın ana tərəfdən babası), Şeyx Cüneyd (babası) və Şeyx Heydərin (atası) Azərbaycan torpaqlarının birləşdirmək uğrunda başladıqları işi Şah İsmayıl həyata keçirib. Şah İsmayıl 1501-ci ildə Təbrizi paytaxt elan etməklə Səfəvi dövlətini qurub. Hakimiyyətdə olduğu qısa dövrdə (1501-1524) onlarla məmləkəti ələ keçirərək Səfəvi imperatorluğuna qatıb, şöhrəti bütün Avropaya yayılıb. Eyni zamanda, dövrün tanınmış şairi olub, «Xətai» təxəllüsü ilə əsərlər yazıb. 1524-cü il mayın 23-də qəflətən vəfat edib, Ərdəbildə Şeyx Səfi məqbərəsində dəfn olunub.

 

17 iyul 1913 – Xalq artisti, tanınmış estrada müğənnisi Mirzə Babayev (1913-2002) anadan olub. Müğənnilk fəaliyyəti ilə yanaşı, aktyor kimi bir sıra kinofilmlərdə çəkilib.

 

17 iyul 1920 – İctimai xadim, Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri (uyun 1918 – dekabr 1918) Behbud ağa Cavanşir İstanbulda erməni terrorçusu Misak Torlakyan tərəfindən qətlə yetirilib. Behbud ağa Cavanşir Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi, Azad xan Cavanşirin oğludur. 1877-ci ildə Tərtər qəzasının Azad Qaraqoyunlu kəndində dünyaya gəlmişdir. Behbud ağa Cavanşirin daxili işlər naziri olduğu dövr Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkül tapması, Bakının erməni-daşnak və bolşevik qüvvələrindən təmizlənməsi dövrü olub.

 

17 iyul 1967 – Azərbaycanın tanınmış jurnalisti, “Monitor” jurnalının qurucusu və baş redaktoru Elmar Hüseynov anadan olub. 2005-ci il martın 2-də Bakıda, yaşadığı binanın girişində naməlum qatil(lər) tərəfindən qətlə yetirilib. Qətl hadisəsi təkcə Azərbaycanda deyil, dünyada da geniş rezonans doğurub.

 

17 iyul 2006 – «Böyük 8-lik» ölkələri (ABŞ, Britaniya, Almaniya, Fransa, İtaliya, Kanada, Yaponiya, Rusiya) başçılarının Sankt-Peterburqda keçirilən sammitinin yekun bəyannaməsində Dağlıq Qarabağ sülh prosesinə də yer ayrılıb. Dünya liderləri Azərbaycan və Ermənistan rəhbərlərini sülh danışıqlarını sürətləndirməyə çağırıblar. 

 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi