“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.07.2013, 10:18
1460

Azərbaycan tarixi günbəgün: 15 iyul

A- A+

15 iyul 1992 – Prezident Əbülfəz Elçibəy Azərbaycan Respublikasının milli valyutasının - manatın dövriyyəyə buraxılması barədə fərman imzalayıb...

 

15 iyul 1915 – Tanınmış heykəltəraş, Azərbaycanın xalq rəssamı Cəlal Məhərrəm oğlu Qaryağdı (1915-2001) Şuşada anadan olub. Azərbaycanın bir sıra mədəniyyət və ictimai xadimlərinin heykəl və büstlərinin (N.Nərimanov, M.Ə.Sabir və s.) müəllifidir. 

 

15 iyul 1918 – Azərbycan Xalq Cümhuriyyətinin hökuməti 1918-ci ilin martında azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin araşdırilması üçün Fövqəladə Təhqiqat Komissiyası yaradıb. Komissiya 1918-ci ilin mart qırğınları ilə yanaşı, XX əsrin əvvəlindən ermənilərin azərbaycanlılara qarşı törətdikləri digər qətliamlar haqqında da çoxsaylı materiallar toplamışdı. Həmin sənədlər əsasında Xalq Cümhuriyyət hökumətinin qərarı ilə 31 mart «Soyqırımı günü» elan edilmişdi. Azərbaycanın sovetləşməsindən sonra bu tarix gizlədildi.

 

15 iyul 1925 – Azərbaycanın xalq artisti, müğənni-pianoçu, professor Rauf Atakişiyev (1925-1994) anadan olub. 1953-cü ildən Opera və Balet Teatrının solisti işləyib, bir çox xarici ölkələrdə çıxış edib.



15 iyul 1926 – Xalq artisti, aktrisa Sədayə Mustafayeva (1926-2004) anadan olub. Şəki, Ağdaş, Göyçay teatrlarında çalışıb, 1950-ci ildən Gəncə Dövlət Dram Teatrının aktrisası olub. Bir sıra kinofilmlərdə yaddaqalan obrazlar yaradıb.

 

15 iyul 1992 – Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəy ölkənin milli valyutasının - manatın dövriyyəyə buraxılması barədə fərman verib. Fərmana əsasən, müstəqil Azərbaycanın milli valyutası – manat 1992-ci il avqustun 15-də dövriyyəyə buraxıldı. 2006-cı il yanvarın 1-dən prezident İlham Əliyevin fərmanına əsasən, könhə manatlar yeni dizaynlı əskinaslarla (1 AZN = 5000 manat nisbətində) əvəz olundu. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi