“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
11.07.2013, 09:23
1352

Azərbaycan tarixi günbəgün: 11 iyul

A- A+

11 iyul 1990 – Erməni quldur dəstələrinin Tərtər-Kəlbəcər sərnişin avtobusunu partlatması nəticəsində 14 azərbaycanlı öldürülüb, 35 nəfər yaralanıb...

 

11 iyul 1918 – Görkəmli şair, yazıçı, maarifçi Abbas Səhhət (Abbasqulu Mehdizadə, 1874-1918) vəfat edib. Bədii yaradıcılıqla yanaşı, Azərbaycan məktəbləri üçün ilk dərsliklərin («Yeni məktəb», «Türk ədəbiyyatına ilk qədəm») hazırlanmasında iştirak edib. Uşaqlar üçün şeir və hekayələri xüsusilə məşhurluq qazanıb. İxtisasca həkim olan A.Səhhət bu sahədə də xalqına xidmət göstərib, 1918-ci ildə ermənilərin talan etdiyi Şamaxıda həkimlik borcunu yerinə yetirərkən vəba xəstəliyinə düçar olaraq vəfat edib.

 

11 iyul 1990 – Erməni quldur dəstələri Tərtər-Kəlbəcər sərnişin avtobusunu partlatdıqdan sonra dinc insanları gülləbaran ediblər. Terror aktı nəticəsində 14 azərbaycanlı öldürülüb, 35 nəfər yaralanıb.

 

11 iyul 1991 – Erməni silahlı dəstələrinin Ermənistanda azərbaycanlıların sonuncu yaşayış məntəqəsinə - Mehri rayonunun Nüvədi kəndinə basqınları başlayıb. Ermənistan hüquq-mühafizə basqınların qarşısını almaq əvəzinə kənd sakinlərindən Azərbaycanla bütün əlaqələri kəsməyi tələb ediblər. Bu şantajdan bir qədər sonra (avqust) Nüvədi əhalisi deportasiya olundu.

 

11 iyul 2000 – Türkiyə prezidenti Əhməd Necdət Sezər prezident postunda ilk xarici səfərini Azərbaycana edib. Azərbaycan və Türkiyə rəhbərlərinin görüşündə ikitərəfli münasibətlər, o cümlədən Bakı-Tbilisi-Ceyhan layihəsi ətrafında vəziiyyət geniş müzakirə olunub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi