Azərbaycan tarixi günbəgün: 21 iyul
21 iyul 1920 – Şəmkir qəzasının Müşkürlü kəndində Azərbaycanın sovetləşməsi əleyhinə üsyan başlanıb...
21 iyul 1920 – Şəmkir qəzasının Müşkürlü kəndində Namazın başçılığı altında Azərbaycanın zorla sovetləşməsi əleyhinə üsyan baş verib. Üsyan bolşevik Rusiyasının işğalçı XI ordusunun hissələri tərəfindən yatırılıb.
21 iyul 1992 – Milli Məclis Azərbaycanın bir sıra beynəlxalq konvensiyalara qoşulması barədə sənədləri təsdiqləyib. Parlamentin qərarına əsasən, Azərbaycan aşağıdakı konvensiyalara qoşulub: Konsul əlaqələri haqqında Vyana Konvensiyası (24 aprel 1963-cü il tarixdə qəbul olunub); BMT-nin Müstəsna və Diplomatik hüquqları haqqında Konvensiyası (13 fevral 1946-cı il); İqtisadi, Sosial və Mədəni hüquqlar haqqında Beynəlxalq pakt (19 dekabr 1966-cı il); Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Pakt (19 dekabr 1966-cı il); Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası (18 aprel 1961-ci il); BMT-nin Uşaq hüquqları haqqında Konvensiyası (20 noyabr 1989-cu il).
21 iyul 2002 – Ukraynanın Yalta şəhərində (Krım) GUAM ölkələri dövlət başçılarının zirvə görüşü keçirilib. Prezidentlər Leonid Kuçma (Ukrayna), Heydər Əliyev (Azərbaycan), Eduard Şevardnadze (Gürcüstan) və Vladimir Voroninin (Moldova) iştirak etdiyi sammitdə toplantıda birgə əməkdaşlığa dair bir sıra sənədlər, o cümlədən "Regional sabitliyin və təhlükəsizliyin bərqərar edilməsi üçün birgə səylərin göstərilməsinə dair Bəyannamə" imzalanıb.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: