“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
24.07.2013, 10:21
1608

Azərbaycan tarixi günbəgün: 24 iyul

A- A+

24 iyul 2001 – Bakı İran hərbi gəmilərinin Xəzərdə kəşfiyyat aparan Azərbaycan gəmilərinə hücum etməsi ilə bağlı bu ölkəyə etiraz notası verib...

 

24 iyul 1993 – Erməni qüvvələrinin Ağdamı işğal etməsi ilə əlaqədar Rusiya XİN və ABŞ Dövlət Departamenti bəyanat yayıb. Rusiyanın bəyanatı, sadəcə, münaqişə tərəflərinə atəşkəsi dayandırmaq çağırışından ibarət idi. ABŞ bir qədər konkret mövqe bildirərək Qarabağ ermənilərini «düşmən niyyətli hərbi əməliyyatları dayandırmağa» çağırmışdı. Qarabağ danışıqlarına vasitəçilik edən ATƏM-in Minsk konfransının sədri Mario Raffaellinin (İtaliya) bəyanatında isə «erməni silahlı qüvvələrindən» işğal olunmuş ərazilərdən çıxmaq tələb olunurdu. Lakin bəyanatların heç birində Azərbaycan torpaqlarının işğalının Ermənistan tərəfindən həyata keçirildiyi qeyd olunmurdu.

 

24 iyul 2001 – Bakı İran hərbi gəmilərinin Xəzərdə kəşfiyyat aparan Azərbaycan gəmilərinə hücum etməsi ilə bağlı bu ölkəyə etiraz notası verib. Bir gün öncə, iyulun 23-də Xəzərin cənubunda (İran-Azərbaycan dəniz sərhədi), "Araz-Alov-Şərq" strukturunda bp (Böyük Britaniya) şirkətinin sifarişi ilə kəşfiyyat işləri aparan "Geofizik-3" və "Əlif Hacıyev" gəmiləri İranın hərbi gəmiləri tərəfindən hücuma məruz qalaraq ərazini tərk etməyə məcbur olmuşdular. Hadisə İran-Azərbaycan münasibətlərində kəskin rezonans doğurdu. Münasibətlərdəki gərginlik bir neçə ay sürdü və 2002-ci ildə prezident Heydər Əliyevin İrana səfərindən sonra aradan qalxdı. Eyni zamanda, Azərbaycan Xəzərin statusuna dair mübahisələr və İranla dəniz sərhədi problemi cözülənədək "Araz-Alov-Şərq" strukturunda kəşfiyyat işlərini dayandırdı. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi