“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
05.03.2011, 17:42
473

Qarabağa dair daha bir görüş Rusiyanın vasitəçiliyi ilə Soçidə keçirildi

A- A+

Prezidentlər hərbi əsirlərin dəyişdirilməsini tezliklə başa çatdırmaq barədə razılığa gəliblər

Martın 5-də Rusiyanın Soçi şəhərində Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin iştirakı ilə görüş keçirilib. Görüş dağ xizək kurortu olan “Krasnaya Polyana”da gerçəkləşib.

Rusiya dövlət başçısının təşəbbüsü ilə keçirilən görüşdə prezidentlər Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsələləri müzakirə ediblər.

APA-nın «RİA Novosti»yə istinadən verdiyi xəbərə görə, prezidentlər İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedyev rəsmi danışıqlardan sonra görüşü qeyri-formal şəraitdə davam etdiriblər.

İlk öncə dövlət başçıları Soçi yaxınlığında yerləşən «Krasnaya Polyana» qış kurortunda kafedə çay içiblər. Sonra prezidentlər funikulyorla dağa qalxıblar və buradan İlham Əliyev və Dmitri Medvedyev bir neçə dəfə xizəklə aşağı eniblər. Ermənistan prezidenti isə qar üstü ilə yeriyən maşında gəzinti ilə kifayətlənib.

Daha sonra dövlət başçıları birlikdə nahar ediblər və bir sıra aktual məsələləri müzakirə ediblər.

Qeyd edək ki, bu, Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə 2008-ci ildən bu yana üçtərəfli formatda təşkil olunan 8-ci görüşdür və Rusiya prezidentinin təşəbbüsü ilə keçirilib.

* * *

Azərbaycan və Ermənistan hərbi əsirlərin dəyişdirilməsinin qısa zaman ərzində başa çatdırılmasına dair razılığa gəlib  

Rusiya, Ermənistan və Azərbaycan prezidentləri bu gün Soçidə keçirilən üçtərəfli görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair apardıqları danışıqların yekunları ilə bağlı birgə bəyanat qəbul ediblər.

«RİA Novosti»nin yaydığı xəbərə görə, sənəddə qeyd olunur ki, dövlət başçıları 2010-cu il oktyabrın 27-də Həştərxanda qəbul olunmuş üçtərəfli bəyanatın praktiki icrası məsələlərini müzakirə ediblər. Belə ki, prezidentlər qısa müddət ərzində hərbi əsirlərin dəyişdirilməsi prosesinin başa çatdırılmasına dair razılığa gəliblər.

Bununla yanaşı, Soçi bəyanatında vurğulanır ki, tərəflər bütün mübahisəli məsələlərin sülh yolu ilə həllinin və təmas xəttində baş verə biləcək mümkün insidentlərin ATƏT-in Minsk Qrupunun egidası altında və ATƏT sədrinin xüsusi nümayəndəsinin dəstəyi ilə araşdırılmasının tərəfdarıdır.

«Prezidentlər Dağlıq Qarabağ nizamlanması məsələləri üzrə öz mütəmadi görüşlərinin əhəmiyyətinin vacibliyini vurğulayıblar və bunun ATƏT-in Minsk Qrupunun həmsədrlərinin apardığı işə əlavə olaraq bu formatda davam etdirilməsinə dair razılığa gəliblər», - deyə bəyanatda bildirilir.

Xəbərlər
Redaktorun seçimi