“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
24.10.2020, 12:00
205

Düşmən dinc sakinləri hədəfə almaqda davam edir

A- A+

Ermənistanın yaşayış məntəqələrinə raket-artilleriya zərbələri nəticəsində 4 həftə ərzində 65 mülki şəxs həlak olub, 300-dək insan yaralanıb

Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrinə raket-artilleriya zərbələri nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən oktyabrın 24-də verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 65 mülki şəxs həlak olub, 297 nəfər yaralanıb.

Bundan başqa, 398  mülki obyekt, 90 hündürmərtəbəli yaşayış binası və 2174 yaşayış evi yarasız hala düşüb.

Oktyabrın 17-də Gəncə şəhərində raket hücumu nəticəsində ağır yaralanan 2007-ci il təvəllüdlü Rusiya vətəndaşı Artur Vasilyeviç Mayakov oktyabrın 24-də vəfat edib. Bununla Gəncədə 17 oktyabr gecəsi həlak olanların sayı 14-ə çatıb. 

Xatırladaq ki, Ermənistan silahlı qüvvələri oktyabrın 17-si gecə saat 1 radələrində Gəncə şəhərini yenidən ballistik raket atəşinə tutub. Düşmənin xain təxribatı nəticəsində 13 dinc sakin həlak olmuşdu.

Ümumilikdə 4, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 10-u qadın, 6-sı uşaq olmaqla 26 nəfər həlak olub.

 

Xəbərlər
Redaktorun seçimi