“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
12.06.2009, 11:44
485

Davamlı inkişaf, hüquqi dövlətçilik və Avropa ilə əməkdaşlıq

A- A+

Berlində bu mövzuda keçirilmiş beynəlxalq konfransda Azərbaycandan geniş nümayəndə heyəti iştirak edib

İyunun 9-10-da Berlində Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin təşkilatçılığı ilə “Davamlı inkişaf hüquqi dövlətçilik tələb edir – əməkdaşlığın imkanları” mövzusunda yüksək səviyyəli beynəlxalq konfrans keçirilmişdir. 

Konfransda hüquqi müstəvidə əməkdaşlıq imkanları və təcrübə, Avropa İttifaqının “Qonşuluq siyasəti” və “Şərq tərəfdaşlığı” proqramları üzrə əməkdaşlıq, məhkəmələrin müstəqilliyi, mülkiyyət hüququnun qorunması, investisiya mühitinin yaxşılaşdırılması və digər məsələlər müzakirə olunub.

Tədbirdə Almaniya, Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova və Ermənistan ədliyyə orqanlarının rəhbərləri, ali məhkəmələrin sədrləri, parlamentlərin və ombudsman institutlarının 200-ə yaxın nümayəndəsi iştirak edib.

Azərbaycanı konfransda ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev, Ombudsman Aparatının, Vəkillər Kollegiyasının və QHT-lərin nümayəndələri təmsil etmişlər.

Konfransın açılış mərasimində Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin dövlət katibi Erix Stater və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Peter Semnebi çıxış edərək Avropa Qonşuluq Siyasəti, Şərq Tərəfdaşlığı Proqramı və Qafqaz təşəbbüsü çərçivəsində qanunun aliliyinin və vətəndaş cəmiyyətinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri dəstəklədiklərini qeyd etmişlər.

Azərbaycanın ədliyyə naziri F.Məmmədov konfransda çıxış edərək dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə hüquqi dövlət quruculuğu, demokratiyanın gücləndirilməsi, insan hüquqlarının qorunması, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində aparılan genişmiqyaslı islahatlar barədə ətraflı məlumat vermiş, onların iqtisadi inkişafa böyük töhfəsini qeyd etmişdir.

Konfrans iştirakçılarının diqqəti, həmçinin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, hakimliyə namizədlərin ən demokratik və şəffaf üsullarla seçilməsi, hakimlərin mükəmməl tədrisi, bu sahədə beynəlxalq təşkilatlar və xarici dövlətlərlə, xüsusilə Almaniya ilə həyata keçirilən uğurlu əməkdaşlığa cəlb edilmişdir.

Konfransda təşkil olunmuş iki sessiyada Azərbaycanın Ali Məhkəməsinin sədri və ədliyyə naziri məhkəmə islahatı zamanı toplanmış müsbət təcrübədən danışmış, hüquq islahatlarının həyata keçirilməsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi ətrafında faydalı müzakirələr aparmışlar. Çıxışlara və Azərbaycan təcrübəsinə böyük maraq göstərilmişdir.
Nümayəndə heyətinin digər üzvləri hakimiyyətlərin bölgüsü, məhkəmələrin müstəqilliyi, vəkillərin rolu, inzibati ədliyyənin təşviqi, mülkiyyət hüquqlarının təminatı, sərmayə şəraitinin yaxşılaşdırılması, ekologiya hüququnun inkişafı üzrə seminar-məşğələlərdə fəal iştirak edərək, Azərbaycan təcrübəsini bölüşmüş və faydalı fikir mübadiləsi aparmışlar.

 

Bax həmçinin:

Yeni tədris ilində 72 azərbaycanlı tələbə Almaniyada DAAD təqaüdü ilə təhsil alacaq

İyunun 10-da Almaniya Tələbə Mübadilə Xidməti (DAAD) tərəfindən azərbaycanlı tələbələr üçün təqaüdlərin təqdim edilməsi mərasimi keçirilib. Almaniyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, 2009-2010-cu illərdə Azərbaycandan 72 tələbə Avropa Bərpa Edilmə Proqramının (“Marşal Planı”) hesabına Almaniyada təhsil alacaq.

DAAD-nın ümumi büdcəsi 304 milyon avro təşkil edir. Bu vəsaitin 700 000 avrosu Azərbaycan üçün ayrılıb. Təşkilat Azərbaycan hökuməti ilə əməkdaşlıq edir. Müqaviləyə əsasən, azərbaycanlı tələbələr Almaniya universitetlərində dövlət hesabına təhsil alacaq. 2008-ci ildə Almaniyada təhsil almaq üçün 12 nəfər dövlət təqaüdü alıb, bu il isə bu rəqəm 36-ya yüksələcək.

AzərTAc, APA.

Xəbərlər
Redaktorun seçimi