Xəzərin sahilindən dünya səhnəsinə
Türkiyənin ən nüfuzlu həftəlik nəşri olan “Aksiyon” jurnalı baş yazısını Azərbaycana həsr edib
Türkiyənin ən çoxtirajlı həftəlik nəşri olan “Aksiyon” jurnalında Azərbaycana həsr olunmuş geniş yazı dərc edilib.
Dərginin bu həftə 47 min tirajla çapdan çıxan növbəti sayında (15-21 iyun 2009) “Xəzərin sahilindən dünya səhnəsinə” sərlövhəli baş yazıda Azərbaycanın son illərdə əldə etdiyi inkişaf, ölkəmizin dünya birliyinə inteqrasiyası, iqtisadi potensialı, Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri, Qarabağ problemindən bəhs edilir.
Yazını hazırlamaq üçün “Aksiyon”un redaktoru Zəfər Özcan və fotoqraf Mustafa Kirazlı bu yaxınlarda Azərbaycanda olublar və “Zaman-Azərbaycan” qəzetinin baş direktoru Enes Cansever ilə birlikdə burada bir sıra görüşlər keçiriblər.
Zəfər Özcan və Enes Canseverin birgə qələmə aldıqları “Xəzərin sahilindən dünya səhnəsinə” sərlövhəli baş yazı şəxsi müşahidələr, eləcə də Baş nazirin müavini Elçin Əfəndiyev, gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, millət vəkilləri Fuad Muradov və Jalə Əliyeva, BDU-nun professoru Şahlar Əsgərov, Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç, habelə Azərbaycanda fəaliyyət göstərən türkiyəli və azərbaycanlı iş adamları ilə görüşlər əsasında qələmə alınıb.
Yazıda Azərbaycan-Türkiyə münasibətlərində yaşanan son gərginliyin əsassız olduğu vurğulanmaqla yanaşı, iki ölkə arasındakı əlaqələrin tarixi köklərinə də qısa ekskurs edilib.
Məqalədə Azərbaycanın Qafqaz regionunun sürətlı inkişaf yoluna qədəm qoyan lider ölkəsi olduğu vurğulanır, ölkəmizin iqtisadi potensialına diqqət çəkilir.
“Aksiyon” dərgisinin bu sayında Azərbaycana həsr olunmuş daha bir yazı – Kadir Dikbaşın müəllifi olduğu “14 il fasiləsiz böyüyən ölkə” sərlövhəli məqalə də dərc olunub.
Məqalədə Azərbaycanın 1996-cı ildən bu yana əldə etdiyi sabit inkişaf və sosial-iqtisadi tərəqqinin statistik göstəriciləri geniş təhlil edilir.
Yazılarla daha ətraflı tanış olmaq üçün bu linklərə daxil olun:
http://www.aksiyon.com.tr/detaylar.do?load=detay&link=24282
http://www.aksiyon.com.tr/detaylar.do?load=detay&link=24283
Bax həmçinin:
Enes Cansever
12 il öncəki və sonrakı Azərbaycan (“Zaman-Azərbaycan”, 12.06.2009)