“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
05.06.2009, 11:55
456

İran siyasətində azərbaycanlılar və onların milli istəkləri

A- A+

Davud Turan: “Əgər biz özümüzü doğru bir şəkildə dünyaya anlatmasaq dünya bizim sözümüzü başa düşməyəcəkdir”

       Azərbaycanlıların Təbrizdə etiraz aksiyası, may 2006.

Bu gün dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində müxtəlif beyin mərkəzləri, stratəji institutlar fəaliyyət göstərir. Onlar cəmiyyətə təsir edirlər və öz ölkələrinin milli maraqlarından çıxış edərək, öz hesablatlarını verirlər. Belə mərkəzlərin yaranması və inkişafı hər bir dövlətin maraq dairəsindədir. Türkiyədə belə beyin mərkəzləri fəaliyyət göstərir. Belə mərkəzlərdən biri də Güney Azərbaycan Sosial və Kültür Araşdırmalar Mərkəzidir (GUNASKAM). 

Mərkəz haqqında və İranda bu yaxınlarda keçiriləcək seçimlərlə bağlı, Türkiyə mediasinin Güney Azərbaycana baxışı ilə bağlı sualların cavabını almaq üçün GÜNASKAM ın başqanı Davud Turannın Bakı Strateji Araşdırmalar Mərkəzinə müsahibəsi.

Davud bəy xöş gördük sizi, ilk öncə Güney Azərbaycan Sosial və Kültür Araşdırmalar Mərkəzi haqqında oxucularımıza məlumat vermənizi istərdik.

GÜNASKAM-ın qurulma ideyası, yaxlaşıq 3 il bundan qabaq Güney Azərbaycan Milli Hərəkətinin teorik boşluğunu hiss edərək ortaya atıldı və işə başladı. Güney Azərbaycan Milli Hərəkətində teorinin az olması bir çox soruna nədən olmaqdadır. Hərəkat kəmiyyət açısından güçlü olsa da, keyfiyyətini də yüksəltmək lazımdır. Çünkü içəriyi dolu olmayan bir hərəkatın yaşama gücü və davamlılığı azdır. Digər bir tərəfdən də siyasi dəngələr içərisində GAMH( Güney Azərbaycan Milli Hərəkəti), özünə bir yol xəritəsi çıxarmaq zorundadır. Bu yol xəritəsinin ortaya çıxması üçün də fərqli fikirləri bilməmiz gərəkir. GÜNASKAM’ın digər bir hədəfi də bu olmuşdur.

Biz hər zaman özümüzü dünyaya anlatmaqda çətinlik çəkmişik. Çünkü bizim dünya ilə əlaqə quracaq dil və ədəbiyyatımız olmamışdır. Əgər biz özümüzü doğru bir şəkildə dünyaya anlatmasaq dünya bizim sözümüzü başa düşməyəcəkdir. Onun üçün GÜNASKAM’ın bir digər hədəflərindən birisi də dünya ilə əlaqə qurabiləcəyimiz dili və ədəbiyyatı yaratmaq olmuşdur.

GÜNASKAM siyasi bir təşkilat deyildir, bir düşüncə topluluğudur. Burada önəmli olan Güney məsələlərin teorik olaraq dartışılmasıdır. Biz həm qarşı cəhbənin (fars şovinslərini) fikirlərinə yer veririk, həm də öz fikirlərimizi orda yazırıq. Digər bir tərəfdən də milli məsələ ilə bağlı oxuyucularımıza ümumi məlumat veririk. İndilik fəaliyyət alanımız internet sistemi ilə işləyirik. Üç dildə fəliyyət göztəririk. İngilizcə, Farsça, Türkçə. Əlbəttə gələcəkdə fəaliyyət alanımızı dərgi şəklinə də çevirmək hədəflərimizdən birisidir.  

Sizin mərkəz Güney Azərbaycanın sosial və mədəni fəaliyyətini araşdırdığına görə,yəqin ki,orada gedən siyasi prosəsləri də izləyirsiniz. Gələcəkdə milli hərəkat hansı istiqamətdə inkişaf edə bilər bu haqda fikirləriniz nədən ibarətdir?

GAMH, son 20 ildir öz yolunu siyasal bir şəkildə davam etdirir. Indiki duruma baxdığımızda İran içərisində və İran şərayitini göz önünə alaraq, diye bilərik ki, Güneydəki hərəkət özünün inkişaf yolarını tey eləməkdədir. Özəlliklə gənclər və tələbələr arasında milli hərəkət yayılmışdır. Içəridəki hərəkət artıq özünə görə söyləmləri və duruşu olan bir siyasi və sosyal hərəkət halına gəlmişdir. Güney Azərbaycanda milliyətçilik və Türkçülükdən modern və çağımıza uygun təriflər verərək özünü bu çərçəvədə ortaya qoymaq istəməkdədir. Artıq İran siyasi fəzasında belə Azərbaycanlılar və onların milli istəkləri diqqətə alınmaqdadır. Bu da Güneydəki hərəkətin artıq özünü isbatladığını görsətməkdədir.

Milli hərəkət içərisində olan dəyişik fikirlər və tələbələrin maraqlı istəkləri mənə görə o hərəkəti daha başarılı bir yerlərə götürəcəkdir. Milli hərəkət artıq həm bir siyasi həm də istədiyi zaman gərçəkləşdirdiyi protestolarla bir sosial hərəkət halına gəlmişdir. Hərəkatin kültürəl içəriyi də onun gələnəği olduğu üçün yenə davam etməkdədir.

Amma milli hərəkatin gələcəkdə daha başarı əldə etməsi üçün öncəliklə teori boşluğunu doldurması lazımdır. Çünkü artıq millətə nə şəkildə xitab və onlara nə vəd edəcəyini indidən bəlirləməsi onun daha başarılı olmasını təmin edəcəkdir. Milli hərəkatın gələcəyə doğru və geniş bərnamələri olması millət içərisində ona güvən qazandıracaqdır. Hər şəydən qabaq nə istədiyini və onu əldə etmək üçün nə şəkildə mübarizə etməsi gərəkdiyini bəlirləməlidir. Özünü dünyaya anladacaq dili yaxşi seçməlidir. Indi güneydəki hərəkat bir sivil və mədəni hərəkət kimi davam edir. Istəkləri isə inananların təməl haqları kimidir. Əgər özünü bu çərçəvədə dünyaya inteqrasiya edərəsə, o zaman dünyadan da ona dəstək gəlmə ehtimali çoxalar.

İranda seçimlər ciddi mərhələyə daxil olmaqdadır. Xüsusi ilə seçimlərdə azərbaycan türkü Müsəvi seçimlərdə qələbə qazanarsa, milli məsələlərdə dönüşün baş verəcəyi gözlənilirmi?

İrandaki dəyişimlər hər zaman milli hərəkətə təsir buraxmaqdadır. Bu siyasi dəyişimlərdən də birisi seçimlərdir. Necəki 12 il bundan qabaq Məhəmməd Xatəmi iranın cumdurbaşqanı olduğunda milli hərəkət öz içində gəlişmə görsətmişdir. Fürsətlərdən istifadə edərək özəlliklə üniversitələrdə 50 yə yaxın tələbə jurnalı yayilmaya başlamışdır. Milli hərəkət o dönəmdə öz istəklərini daha açıq bir şəkildə dilə gətirməyə başlamışdır.

Indiki duruma baxdığımızda isə, milli hərəkətə yaxın Əkbər Ələmi-nin seçimlərə qatılmasına izin verilmədi. Musəvi Azərbaycanli olsa da, İran sistemi içərisində olan bir insandir. Onun seçimləri qazanması ilə milli məsələlərə dönüşdə ciddi bir şəy gözləməmiz doğru deyildir. Indiki İran seçim fəzasında irandakı qomların istəklərini açıq bir şəkildə dilə gətirəm Məhdi Kərrubi’dir. Onun qazanma şansı azdır. Əgər seçimlərə Kərrubi qələbə qazanarsa o zaman milli məsələlərə dönüşdə ciddi olaylara şahid olabilərik. Ama Musəvinin gəlməsi ilə milli məsələlərin çözümü üçün addımların atılmasını düşünmək bizi yanılda bilər.

Musəvi təkcə Azərbaycanlıların haqlarını verəbilməz. Əgər o İran ölkəsində özgürlüklər yaradırsa bütün qomlara bu haqqi tanıyacaqdir. Musəvi və indiki cumhurbaşqanı Əhmədinəjad arasında çox ciddi fərq yoxdur. Onlar ideolojik olaraq hər ikisi də elə bir birinə bənzir. Onlarin arasındaki məsələ təkcə yonətim tərzi məsələsidir. Bügün Musəvidən daha açıq bir şəkildə Kərrubi bu məsələləri dilə gətirir. Onun üçün Musəvi’nin seçilməsi (ki böyük ehtimal seçiləcəkdir ) milli məsələlərdə bir dönüş olabiləcəyini düşünmək xətadır. 

Sizin qurum Türkiyədə fəaliyyət göstərdiyinə görə bu gün, Türkiyə mediasının və içtimai qurumlarının Güney Azərbaycan məsələsində baxışlar maraq olardı.

Güney azərbaycan məsələsi yeni bir məsələ olduğu üçün hələ gərəkən yeri türkiyə mediasi və içtimai qurumlarına çıxa bilməyibdir. Son 3-4 ildir ki, burada Güney Azərbaycan kəlməsi işlədilməyə başlanılıbdır. Əlbəttə ki, dövlət orqanları məsələnin nə olduğun yaxşi bilirlər. Amma siyasi maraqlar icazə ki, Türkiyə Güney Azərbaycan məsələsinə ciddi maraq görsədə bilsin.

Son illərdə Türkiyədə yaşana Güneylilərin fəaliyyəti nəticəsində bu məsələ yavaş yavaş həm media gündəminə gəlib həm də içtimai qurumların marağı çəkməyə başlayıbdır. May 2006 qiyamlarının buna təsiri çox olmuşdur. O, dönəmdə həm media da bu məsələ gündəmə gəldi, həm də bəzi siyasi partiyalar bu haqda bəyanat verdilər. Ama Türkiyədə hakim olan yanlış bir anlayış vardır və o budur ki, çünkü İran-ABŞ ilə məsələsi vardır, Güneyliləri də ABŞ, İran’a qarşı hərəkətə keçirir. Bu düşüncə kökündən yanlışdır. Çünkü Güneylilər öz milli haqlarını eldə etmək üçün kimsəyə dayanmadan həm içəridə həm xaricdə fəaliyyət edirlər.

Sonda Davud bəy sizə suallarımıza cavablandırdığınıza görə öz təşəkkrümüzü bildirik.

Mən də BAKSAM-a Güney məsələləri ilə bağlı həssaslı olduğu ve bu roportaji elədiyi üçün təşəkkür edirəm. GÜNASKAM, olaraq da BAKSAM’a başarılar arzulayıram.

Elnur Eltürk

http://baksam.com/news/2009-06-04-431

Xəbərlər
Redaktorun seçimi