“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
07.08.2009, 09:57
426

Ermənistan “futbol diplomatiyası”ndan vaz keçir

A- A+

Serj Sarkisyan sərhədin açılmayacağı təqdirdə Türkiyəyə futbol səfərinə getməyəcəyini deyir

Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə ilə bir il öncə “futbol diplomatiyası” ilə başlanmış dialoqun erməni tərəfin istəyincə getməməsindən xeyli pəjmürdə olub. 

Prezident Sarkisyan bəyan edib ki, Türkiyə Ermənistanla sərhədi açmasa, yaxud belə bir addıma hazırlıq nümayiş etdirməsə, oktyabr ayında iki ölkənin milli futbol komandaları arasında Türkiyədə keçiriləcək matça tamaşa etməyə getməyəcək.

AzərTAc-ın xüsusu müxbiri (Berlin) Vüqar Seyidov mövzu ilə bağlı şərhində haqlı olaraq nəzərə çatdırır ki, Türkiyə prezidenti Abdullah Gül Yerevana futbol matçına baxmağa gedərkən yalnız ermənistanlı həmkarının dəvətini qəbul etmişdi, vəssəlam. Yerevanı tərk edərkən o, lütfkarlığa lütfkarlıqla cavab vermiş və Sarkisyanı cavab matçına baxmağa dəvət etmişdi. O vaxt məsələ bununla da bitmişdi!

Lakin indi aydın deyil, nə üçün birdən-birə Ermənistanda (və dünyada) belə hesab etməyə başlamışlar ki, Türkiyə Prezidentinin cavabı Sarkisyanı sadəcə cavab oyununa baxmağa dəvət etməklə kifayətlənməməli, həm də sərhədlərin açılmasını təmin etməlidir. Biz yaxşı xatırlayırıq ki, Gül bunu vəd etməmişdi.

Yerevan görüşündən sonra bütün dünya nədənsə Türkiyə rəhbərliyini sərhədlərin açılması üçün "gözlənilmədən bəzi ilkin şərtlər irəli sürdüyünə görə” tənqid etməyə başladı, guya sərhədlərin açılması məsələsi çoxdan həll edilibmiş. Halbuki sərhədlərin bağlanmasından artıq 16 il keçir və onun səbəbi aradan qaldırılmayınca sərhəd bundan sonra da bağlı qalacaqdır. Bu da hamıya məlumdur. Ona görə də bir şey aydın deyil: nə üçün sərhədin açılması şərtlərini yalnız indi, birdən-birə yada salıblar.

Axı vəziyyətə diqqətlə nəzər salsaq, ilkin şərtlər irəli sürən türklər deyil, məhz ermənilərdir. A.Gül Yerevana yola düşərkən heç bir ilkin şərt irəli sürməmişdi, məsələn, deməmişdi: “Mən Yerevana yalnız o halda gedərəm ki, mən gələnə qədər oradakı bədnam Sisernakaberd abidəsini söksünlər və ya bu cəsarətli addımı atmaq ərəfəsində olsunlar”.

Prezident Gül sadəcə olaraq dəvəti qəbul etmiş, Yerevana getmiş, həmin biabırçı memarlıq nümunəsinin iki kilometrliyində futbol matçına baxmış və sakitcə evinə qayıtmışdı. Bundan əvvəl o, yerevanlı həmkarını cavab matçına baxmağa dəvət etmişdi. Serj Sarkisyan isə birdən-birə şərt qoymağa başlamışdı: “Yalnız açıq sərhəddən keçərək gedərəm”. Bağışlayın, bunu sizə kim vəd etmişdi?

Nəhayət, beynəlxalq aləm də başa düşməlidir ki, ilkin şərtlər irəli sürmək azarından Türkiyədə deyil, məhz Ermənistanda əziyyət çəkirlər.

Sarkisyan Türkiyəni Türkiyə-Ermənistan sərhədinin açılması məsələsini Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi və Yerevanın 1921-ci il Qars müqaviləsini tanıması ilə əlaqələndirmək cəhdində günahlandırmaqla əslində özü “günaha batır”. Sarkisyan başa düşməlidir ki, onun Bursaya səfəri Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsində tərəqqi ola bilər. Lakin uzağı görməyən, böyük diplomatiyada təcrübəsi olmayan və ümumiyyətlə, əyalət mentalitetli siyasətçi olan Sarkisyan bunları hiss etmir.

 

 

Mövzuya dair:

Asif Qurbanov:

"Türkiyə bölgəyə iqtisadi kapitalla daxil olmaq istəyir və bu yöndə də addımlar atılır"

http://baksam.com/news/2009-08-03-578

Xəbərlər
Redaktorun seçimi