“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
18.08.2009, 09:47
454

Rusiya Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatı ideyasını yenidən gündəmə gətirir

A- A+

Dmitri Medvedev: “Xəzərin hüquqi statusuna dair danışıqlar çox da asan getmir”

Rusiya prezidenti Dmitri Medvedev Xəzər dənizi İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılması ideyasına qayıtmağı vacib sayır. “İTAR-TASS”-ın xəbərinə görə, bu barədə Rusiya prezidenti avqustun 17-də keçirdiyi müşavirədə açıqlama verib. 

Prezident Medvedev qeyd edib ki, bu təşkilatın yaradılması regionda iqtisadi əlaqələrin genişlənməsinə əhəmiyyətli töhfə olardı.

O xatırladıb ki, məsələ ötən ilin payızında Həştərxanda keçirilən hökumətlərarası iqtisadi konfransda müzakirə olunub: “Müvafiq qərarlar qəbul olunmasa da, ideyaya kifayət qədər maraq nümayiş etdirildi. Düşünürəm ki, bu işi davam etdirmək lazımdır”. 

Qeyd edək ki, hökumətlərarası iqtisadi konfrans 3-4 oktyabr 2008-ci ildə Həştərxanda baş nazirlərin müavinləri səviyyəsində keçirilib. Konfransda Xəzər dənizi İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılması məsələsi müzakirə olunsa da, Xəzəryanı ölkələrin dövlət başçılarına müvafiq tövsiyələr qəbul olunmayıb.

Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılması ideyasını əvvəlcə Rusiya və İran, daha sonra Qazaxıstan və Azərbaycan dəstəkləyib. Bu məsələdə mövqelərin yaxınlaşmasına nail olmaq üçün Rusiya Həştərxanda ikinci müvafiq konfransın keçirilməsini təklif edib. Hələlik Xəzəryanı ölkələrin bu təklifə konkret münasibəti bəlli deyil.

 

Dmitri Medvedyev: “Xəzərin hüquqi statusuna dair danışıqlar çox da asan getmir”

“Xəzərin hüquqi statusu məsələsi birdəfəlik həllini tapmalıdır”. APA-nın məlumatına görə, bu fikirləri Rusiya prezidenti Dmtri Medvedev Həştərxanda Xəzərin hüquqi statusuna həsr olunmuş regional müşavirədə çıxışı zamanı söyləyib.

“Xəzərin statusuna dair danışıqlar 12 ildir davam edir və hələlik ortada çox cüzi nəticələr var. Açıq deyəcəyəm, danışıqlar çox da asan getmir. Bəzən isə danışıqlar ümumiyyətlə getmir. Bu, çox ağır işdir. Lakin hər kəsə aydındır ki, Xəzərin hüquqi statusuna dair Konvensiya üzərində işin sürətləndirilməsi üçün ciddi siyasi impuls verilməsi bütün sahilyanı ölkələrin maraqlarına cavab verir”, - deyə Rusiya prezidenti bildirib.

Medvedev bu sahədə pozitiv nəticələrin də əldə olunduğunu vurğulayıb: “Xüsusilə dənizin dibinin bölüşdürülməsi sahəsində irəliləyişlər var. Biz Azərbaycan və Qazaxıstanla dənizin dibinin bölgüsünə dair razılığa gələ bilmişik. Bu müsbət təcrübədir və bu təcrübədən Xəzərin cənub hissəsinin dibinin bölüşdürülməsində istifadə etmək olar. Təbii ki, çətinliklər də var. Bu əsasən suyun səthinin, dibinin delimitasiyası ilə bağlıdır. Lakin xoş məram nümayiş etdiriləcəyi təqdirdə bununla bağlı da qərar qəbul etmək olar”.

 

Sergey Lavrov: “Xəzərdə neft kəmərlərinin çəkilməsi sahilyanı dövlətlərin razılığı ilə həyata keçirilməlidir”

“Xəzər dənizində neft kəmərləri ilə bağlı istənilən məsələ beş sahilyanı dövlətin razılığı əsasında həll olunmalıdır”. APA-nın məlumatına görə, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov söyləyib.

Lavrov Rusiyanın bu məsələ ilə bağlı mövqeyinin dəyişməz olduğunu deyib: “Rusiyanın mövqeyi çox sadədir. Xəzərdə çəkiləcək neft kəmərləri ilə bağlı istənilən layihə beş sahilyanı dövlət tərəfindən razılaşdırılmalıdır. Digər həll variantları Rusiya üçün qəbul edilməzdir. Bu məsələ ilə bağlı bəzi ideyalar var ki, onları da qeyri-region ölkələri irəli sürürlər”.

Xəbərlər
Redaktorun seçimi