“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
02.06.2009, 11:59
466

Amerika Azərbaycanla tərəfdaşlığa sadiqdir

A- A+

Barak Obama: “Enerji ehtiyatlarınızın davamlı şəkildə işlənilməsi sahəsində ABŞ Azərbaycana möhkəm dost və tərəfdaş olacaq”

Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 
Prezidentin mətbuat xidmətinin məlumatına görə, ABŞ prezidenti təbrik məktubunda Bakıda keçirilən XVI Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin və konfransın açılışı münasibəti ilə Azərbaycan prezidenti və xalqını təbrik edib.

Azərbaycanın dünya bazarlarında mühüm və etibarlı enerji təchizatçısına çevrildiyini qeyd edən Amerika prezidenti ölkənin beynəlxalq şirkətlərinin iştirakı ilə enerji ehtiyatlarının işlənməsinin sürətli tərəqqi və ən qabaqcıl texnologiyalar ilə nəticələnməsinin nümunəsi olduğunu bildirib: “1990-cı illərin ortalarında neft və qaz yataqlarının işlənməsi üçün beynəlxalq sərmayəçilərin Azərbaycana dəvət edilməsi, Şərq-Qərb enerji dəhlizinin, o cümlədən Bakı-Tiflis-Ceyhan neft-boru və Cənubi Qafqaz qaz-boru kəmərlərinin reallaşması sizin xüsusi nailiyyətinizdir. Üç ölkənin ərazisindən keçən yüzlərlə kilometr məsafəni qət edən və bir çox beynəlxalq enerji şirkətini bir araya gətirən həmin layihələr yorulmaz fəaliyyət və əməkdaşlıq sayəsində nəyə nail oluna biləcəyini əks etdirir”.

Məktubda qeyd olunur ki, ABŞ bu mühüm layihələri həyata keçirən Azərbaycan və digər iştirakçılara tərəfdaş olmaqdan iftixar hissi keçirir: “Biz regional təchizatın şaxələndirilməsinə yardım etmək məqsədi ilə təbii qaz yataqlarınızın işlənməsinə yönələn səylərinizi dəstəkləyir, həm sizin ölkəniz, həm də dostlarınız bundan bəhrələnəcəkdir. Biz karbohidrogen sektorunuzun işlənilməsi sahəsində işləri bu cür davam etdirməyinizi alqışlayırıq. Bu proses nəticəsində regional inkişaf və əməkdaşlıq, o cümlədən qlobal enerji təhlükəsizliyi güclənəcək.

Eyni zamanda, bütün Azərbaycan vətəndaşlarının arzu və tələbatlarını təmin etmək üçün çox dəyərli bir imkan yaranacaq. Enerji ehtiyatlarınızın davamlı şəkildə işlənilməsi sahəsində ABŞ Azərbaycana möhkəm dost və tərəfdaş olacaq. Mən Azərbaycanla sıx əməkdaşlığı davam etdirmək əzmindəyəm və sizə, eləcə də bütün iştirakçılara sərgi və konfransın işində uğurlar diləyirəm”.

 

Mövzuya dair:

Böyük Britaniyanın baş naziri Qordon Braun Azərbaycan prezidentinə təbrik məktubu göndərib

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Qordon Baraun Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, Qordon Braun 16-cı Xəzər neft və qaz sərgisi və konfrans münasibətilə prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib: “Təsadüfi deyil ki, bu sərginin tarixi Azərbaycan iqtisadiyyatında möhtəşəm artım və dəyişikliklərlə üst-üstə düşür. Birləşmiş Krallıq son 16 il ərzində Azərbaycanın tərəfdaşı olmağından iftixar hissi keçirir və mən əminəm ki, Britaniya və Azərbaycan şirkətləri gələn illər ərzində birlikdə sıx əməkdaşlıq edəcəklər. Ümidvaram ki, bütün iştirakçıların iş həftəsi uğurlu olacaqdır”.

AzərTAc, 02.06.2009.

Xəbərlər
Redaktorun seçimi