“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
05.04.2010, 19:44
449

“Madrid prinsipləri” Azərbaycana sərf edirmi?

A- A+

Rövşən Rzayev: “Bu prinsiplər Azərbaycanın ərazi bütövlüyünü təmin edir”

Dağlıq Qarabağ münaqişəsinin sülhlə həllinə yönəlmiş Madrid prinsipləri Azərbaycana sərf edirmi? Sualı “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin İdarə Heyəti üzvləri, deputat Rövşən Rzayev və Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələr üzrə prorektoru Mehdi Abdullayev cavablandırır.

 

atırladaq ki, Qarabağ nizamlanmasının baza prinsipləri üzrə layihə olan - "Madrid prinsipləri" 2007-ci il noyabrın 29-da Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin İspaniyanın paytaxtı Madrid şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşündə gündəmə gəlib. Həmin görüşdə Minsk qrupunun həmsədrləri Qarabağ münaqişəsinin həllinin təməl prinsipləri üzrə kompromislər layihəsini təqdim ediblər.

Hazırda Dağlıq Qarabağ danışıqları yenilənmiş Madrid prinsipləri əsasında gedir. Rəsmi Bakı bu sülh planını qəbul etdiyini açıqlayıb.

Madrid sənədinə görə, münaqişə bölgəsinə sülhməramlı qüvvələr yerləşdiriləcək, Ermənistan qoşunları Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarından və Laçın rayonunun 13 kəndindən çıxarılacaq. Laçın və Kəlbəcər ikinci mərhələdə boşaldılacaq. Azərbaycanlılar Dağlıq Qarabağa qayıdandan sonra isə bölgənin statusu müəyyənləşdiriləcək. Ona qədər bölgəyə müvəqqəti status verilməlidir.

* * *

Rövşən Rzayev:  - Bu məsələ ilə prezident İlham Əliyev məşğuldur və öz çıxışlarında dəfələrlə söyləyib ki, münaqişə Azərbaycanın maraqları çərçivəsində çözüləcək. Fikirimcə, Minsk Qrupu formatında aparılan danışıqlar uğurla tamamlanacaq, buna heç bir şübhəm yoxdur.

Azərbaycan Madrid prinsiplərinə razılıq verib. Bu prinsiplər Azərbaycanın ərazi bütövlüyünü təmin edir, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasına öz torpaqlarına qayıtmaq imkanı verir.

Ancaq Madrid prinsipləri üzrə aparılan danışıqların uğuru yalnız Azərbaycandan asılı deyil. Qarşı tərəfin – Ermənistanın bu çözüm variantına razı olub-olmaması hələ məlum deyil. Hər halda Azərbaycanın tutduğu yol düzgündür.

 * * *

Mehdi Abdullayev:  - İcmamızın əsas məqsədi yurd-yuvasından didərgin düşmüş insanların doğma torpaqlarına qayıtmasını təmin etməkdir. Bu istiqamətdə əlimizdən gələni etməyi özümüzə borc bilirik.

Konkret olaraq Madrid prinsiplərinə gəldikdə, bir hüquqşünas kimi deyə bilərəm ki, hazırda Azərbaycan Konstitusiyası onun bir məqamının gerçəkləşməsinə imkan vermir. Ana qanun Azərbaycanın hansısa bir bölgəsində referendum keçirilməsini nəzərdə tutmur.

Əgər Dağlıq Qarabağın statusu referendumda müəyyənləşməlidirsə, səsvermə Azərbaycanın bütün ərazisində həyata keçirilməlidir.

“Media forum”

 

 

Xəbərlər
Redaktorun seçimi