“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
26.05.2010, 19:24
428

Dünya Ermənistanın Qarabağda keçirdiyi “seçkiləri” tanımır

A- A+

Bəyanatlarda Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunur

Avropa Şurası Nazirlər Komitəsinin sədri qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilmiş “parlament seçkiləri” ilə bağlı mayın 26-da Strasburqda bəyanat yaymışdır.

Bəyanatda “seçkilərin” beynəlxalq təşkilatlar tərəfindən tanınmadığı bildirilmişdir.

Nazirlər Komitəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin səylərini tamamilə dəstəklədiyini bəyan etmişdir.

Nazirlər Komitəsi bütün partiyaları, o cümlədən Avropa Şurasına üzvlüyə qəbul edilərkən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qurum qarşısında öhdəlik götürmüş Ermənistan və Azərbaycanı münaqişənin həllini tapmaq yolunda səylərini əsirgəməməyə çağırmışdır.

 

Norveç Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir 

Norveçin Bakıdakı səfirliyindən Xarici İşlər Nazirliyinə Norveç Krallığının Azərbaycanın işğal olunmuş torpaqlarında keçirilən qondarma “parlament seçkiləri”nə münasibəti haqqında məktub daxil olmuşdur.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, məktubda Norveç Krallığının Dağlıq Qarabağda keçirilən qondarma “parlament seçkiləri” ilə əlaqədar Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini, münaqişənin sülh yolu ilə ATƏT-in Minsk qrupu çərçivəsində həll olunmasına inam öz əksini tapmışdır.

 

Niderland Azərbaycanın ərazi bütövlüyünə dəstəyini bir daha bəyan edib 

Niderland Xarici İşlər Nazirliyindən ölkəmizin bu ölkədəki səfirliyinə Azərbaycanın işğal olunmuş torpaqlarında keçirilən qondarma “parlament seçkiləri” ilə əlaqədar məktub daxil olmuşdur.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, məktubda Niderland Krallığının Dağlıq Qarabağda keçirilən qondarma “parlament seçkiləri” ilə əlaqədar Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyi, münaqişənin sülh yolu ilə ATƏT-in Minsk qrupu çərçivəsində həll olunmasına inam öz əksini tapmışdır.

 

İslam Konfransı Təşkilatı Azərbaycanın işğal olunmuş ərazilərindəki “seçkiləri” pisləyir 

İslam Konfransı Təşkilatı (İKT) Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində “parlament seçkiləri”nin keçirilməsini pisləyir.

Bu, təşkilatın saytında yerləşdirilmiş rəsmi məlumatda bildirilmişdir.

İKT-nin Baş katibi Ekmələddin İhsanoğlu vurğulamışdır ki, Cenevrə Konvensiyasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, habelə İKT və ATƏT qətnamələrinə zidd olan “seçkilər”in nəticələrini tanımır.

İKT beynəlxalq birliyi bu “seçkilər”i pisləməyə və onları qeyri-legitim hesab etməyə çağırmışdır.

Ən iri İslam təşkilatının Baş katibi Azərbaycanın ərazi bütövlüyünü və ölkəmizin münaqişəni beynəlxalq normalar və prinsiplər əsasında dinc yolla həll etmək səylərini dəstəklədiyini bir daha təsdiq etmişdir.

Xəbərlər
Redaktorun seçimi