“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
13.01.2013, 10:16
1583

13 yanvar

A- A+

13 yanvar 2003 - Xalq artisti, görkəmli müğənni Mirzə Babayev vəfat edib...

Azərbaycan

 

13 yanvar 1897 - Dövlət xadimi, publisist, alim Ruhulla Əli oğlu Axundov (1897 - 21.4.1938) Bakının Şüvəlan kəndində doğulub. Tarix, incəsənət, ədəbiyyata dair əsərlərin müəllifidir, iki cildlik rusca-Azərbaycanca lüğətin redaktoru olub. Azərbaycan Kommunist Partiyasının I katibi (1925-1926) işləyib. Stalin repressiyasının qurbanı olub. 

 

13 yanvar 1909 - Tanınmış tarzən, xanəndə Şirulla İmanov (1913 – 4.2.1976) Bakıda doğulub. Opera və Balet Teatrının və Azərbaycan Dövlət Filarmoniyasının solisti olub, M.Maqomayevin “Şah İsmayıl”, Z.Hacıbəyovun “Aşıq Qərib”, Ü.Hacıbəylinin “Şeyx Sənan” operalarının tamaşalarında həm vokal, həm də tar ifaçısı kimi çıxış edib.

 

13 yanvar 1951 - Aktyor, rejissor, Əməkdar incəsənət xadimi Cahangir Yaqub oğlu Mehdiyev Bakıda anadan olub. Quruluş verdiyi filmlər: “Evlənmək istəyirəm”, “Kişi sözü” (eyni zamanda baş rolun (Niyaz) ifaçısı), “Gənc qadının kişisi”, “Girişmə, öldürər!” və s.

 

13 yanvar 2003 - Xalq artisti, görkəmli müğənni Mirzə Babayev (16.7.1913 - 2003) vəfat edib. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Müğənnilik fəaliyyəti ilə yanaşı, aktyor kimi 30-dək filmdə (“Telefonçu qız” – Qulam, “Qaraca qız” - Səlim bəy, “Dəli Kür” - kəndli kişi, “Dərviş Parisi partladır” - dərviş Məstəli şah və s.) maraqlı obrazlar yaradıb. 

 

Dünya

 

13 yanvar 1898 - Rus aktyoru, SSRİ Xalq artisti Vasili Vasilyeviç Vanin (1898 - 1951) anadan olub.

 

13 yanvar 1899 - Rus kinorejissoru, kino nəzəriyyəçisi Lev Vladimiroviç Kuleşov (1899-1970) anadan olub.

 

13 yanvar 1924 - Alman əsilli Amerika filosofu Paul Feyerabend (Paul Karl Feyerabend, 1924 - 1994) Vyanada doğulub.

 

13 yanvar 1931 - Məşhur rus yazıçısı, ssenarist və dramaturq Arkadi Aleksandroviç Vayner (1931 - 24.4.2005) anadan olub. Qardaşı Georgi Vaynerlə birgə məşhur detektiv əsərlərin müəllifidir. Əsərləri: “Şaquli yarışlar”, “Minotavra ziyarət”, “Mərhəmət erası”, “Cəlladın incili” və s.

 

13 yanvar 1937 - Tanınmış gürcü aktrisası, Gürcüstanın və Rusiyanın Xalq artisti Ariadna Vsevolodovna Şengelaya (Şprink) anadan olub. “Azərbaycanfilm”də “Romeo mənim qonşumdur” filmində (Nona) çəkilib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi