“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
02.01.2013, 09:35
1476

2 yanvar

A- A+

2 yanvar 1945 - Görkəmli aktyor Səməndər Rzayev Ağsuda anadan olub...

Azərbaycan

 

2 yanvar 1945 - Tanınmış aktyor, teatr və kinoda yaddaqalan obrazlar yaratmış Səməndər Rzayev (1945 - 27.3.1986) Ağsuda anadan olub. “Nəsimi” (Şirvanşah İbrahim), “Babək” (İbn Bəis), “Babamızın babasının babası” (Əliquliyev),  “Evlənmək istəyirəm” (Həsən ağa),  “Bağ mövsümü” (Ağamirzə), “Bəyin oğurlanması” (Hidayət) və s. filmlərdə çəkilib. Bir çox televiziya tamaşalarında maraqlı obrazlar qalereyası yaradıb.

 

2 yanvar 1950 – Şair, yazıçı, ədəbiyyatşünas Rafiq Yusifoğlu (Əliyev) Qubadlı rayonunun Çardaxlı kəndində doğulub. Kitabları: “Ocaq yeri”, “Aylı cığır”,“Qəm karvanı”, “Bahar qatarı” və s. F.Q.Lorkanın, C.Bayronun və s. ədiblərin şeirlərini dilimizə tərcümə edib. "Göyərçin" jurnalının baş redaktorudur (1997-ci ildən).

 

Dünya

 

2 yanvar 1920 – Məşhur Amerika fantast-yazıçısı Ayzek Azimov (Isaac Asimov; 1920-6.4.1992) Rusiyanın Qomel quberniyasının Klimoviç qəzasında (indiki Smolensk vilayətinin Şumyaçsk rayonu) yəhudi ailəsində anadan olub. 1923-cü ildə ailəsi Amerikaya köçüb. İxtisasca biokimyaçı, Boston Universitetinin professoru olub. 1941-ci ildə nəşr olunan “Gecənin gəlişi” hekayəsi ilə şöhrət qazanıb. Digər əsərləri: “Təməl” romanlar seriyası, “Allahların özləri” romanı, “İkiyüzillik adam” povesti, “Mən, robot” hekayələr toplusu və s. (ümumilikdə  500-ə yaxın bədii və elmi-populyar əsər). Fantastika ədəbiyyatı sahəsində nüfuzlu Hyuqo və Nebyula mükafatlarının laureatıdır.

 

2 yanvar 1912 – İtalyan rəssaml Renato Quttuzo (Renato Guttuso; 1912-1987) anadan olub. Əsərləri: “Çarmıx”, “Etnanın püskürməsi”, “Allah bizimlədir” və s.

 

2 yanvar 1927 — Məşhur rus balet artısti və baletmeysteri, xoreoqraf, pedaoqoq, SSRİ-nin Xalq artisti Yuri Nikolayeviç Qriqoroviç anadan olub. 1964-1995-ci illərdə Moskvadakı Böyük Teatrın (Большой Театр) baş baletmeysteri olub, truppa onun rəhbərliyi ilə dünyanın bir çox ölkələrində çıxış edib.  

 

2 yanvar 1943 - Məş­hur türk mu­si­qi­çi­si, bəs­tə­kar, te­le­vi­zi­ya apa­rı­cı­sı Ba­rış Man­ço (1943 - 1.2.1999) anadan olub. Tür­ki­yə­də rok mu­si­qi­si­nin ön­cül­lə­rin­dən bi­ri­dir. Bəs­tə­lə­di­yi 200-dən çox mah­nı ona 12 qı­zıl və 1 pla­tin al­bom (1 mil­yon sa­tış) qa­zan­dı­rıb. Ha­zır­la­dı­ğı te­le­vi­zi­ya proq­ram­la­rı ilə bir çox öl­kə­lər­də sə­fər­də olub.

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi