“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.01.2013, 09:50
1603

27 yanvar

A- A+

27 yanvar 1756 - Dahi Avstriya bəstəkarı Volfqanq Amadey Motsart anadan olub...

Azərbaycan

 

27 yanvar 1806 - Görkəmli ədib, mütəfəkkir İsmayıl bəy Qutqaşınlı (1806-1869) keçmiş Qutqaşın mahalında (indiki Qəbələ) anadan olub. Fransız dilində yazıdğı "Rəşid bəy və Səadət xanım" povesti ilk Azərbaycan nəsr əsəri sayılır. Çar Rusiyasının ordusunda qulluq edib, Rusiya-İran (1826-1828) və Rusiya-Türkiyə (1827-1829) müharibələrində iştirak edib, general rütbəsinədək yüksəlib.

 

27 yanvar 1906 - Tanınmış tarixçi alim Sara Aşurbəyli (1906-17.7.2001) anadan olub. Orta əsrlər Azərbaycan şəhərlərinin tarixinə dair dəyərli araşdırmalar aparıb, əsərləri ingilis, fransız dillərində çap edilib. Azərbaycan Rəssamlar İttifaqının üzvü olub, boyakarlıq əsərlərinin müəllifidir.

 

27 yanvar 1912 - Əməkdar memar Fərəc Səttar oğlu Fərəcov (1912-7.9.1990) аnаdаn оlub. 

 

27 yanvar 1939 – Ustad saz ifaçısı, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Ədalət Məmmədəli oğlu Nəsibov (Aşıq Ədalət) Qazax rayonunda anadan olub. “Yeddi oğul istərəm” filmində (aşıq) çəkilib. 

 

27 yanvar 1939 – Tanınmış aktrisa Ofeliya Rza qızı Əfqanlı (Ofeliya Aslan; 1939 – 18.52010) Bakıda görkəmli aktyor Rza Əfqanlının ailəsində anadan olub. 1963-cü ildən (fasilələrlə) Musiqili Komediya Teatrında çalışıb. “Xoşbəxtlik qayğıları”, “Yol əhvalatı” və s. filmlərdə çəkilib. 

 

27 yanvar 2014 - Müğənni, Əməkdar artist Məhəbbət Allahverdi oğlu Kazımov (2.7.1953 - 27.1.2014) vəfat edib. "Dan ulduzu" ansamblının solisti, "Laçın" instrumental ansamblının rəhbəri olub.

 

Dünya

 

27 yanvar 1756 - Dünya şöhrətli Avstriya bəstəkarı Volfqanq Amadey Motsart (Joannes Chrysostomus Wolfgang Theophilus Mozart, 1756-5.12.1791) Zalsburq şəhərində doğulub. 6 yаşındаn musiqi bəstələməyə bаşlаyıb. Almаn dilində ilk оpеrаnın (“Hərəmхаnаdаn qаçırılmа”), müхtəlif аlətlərlə оrkеstr üçün 40-а yахın əsərin müəllifidir.

 

27 yanvar 1775 - Görkəmli alman filosofu Fridrix Vilhelm Yozef fon Şellinq (Friedrich Wilhelm Joseph von Schelling, 1775-1854) anadan olub. Əsərləri: “İncəsənət fəlsəfəsi”, “Etiraf fəlsəfəsi” və s.

 

27 yanvar 1826 - Rus yazıçısı Mixail Yevqrafoviç Saltıkov-Şedrin (1826-1889) anadan olub. Əsərləri: “Qubеrniyа оçеrkləri”, “Bir şəhərin tаriхi”, “Nəcib nitqlər” “Həyаtın təfərrüаtı” və s.

 

27 yanvar 1832 - İngilis yazıçısı, filosof Luis Keroll (Lewis Carroll - əsl adı Charles Lutwidge Dodgson; 1832-1898) anadan olub. Uşaqlar üçün məşhur əsərlərin (“Alisa möcüzələr ölkəsində”, “Alisa əyri güzgülər ölkəsində”), “Snark ovu” yumoristik poemasının və s. müəllifidir.

 

27 yanvar 1891 - Rus yazıçısı, şair, tərcüməçi İlya Erenburq (1891-1967) anadan olub. “Parisin süqutu”, “Tufan”, “Doqquzuncu val” və s. romanların müəllifidir.

 

27 yanvar 1948 - Məşhur rus baletmeysteri Mixail Nikolayeviç Barışnikov anadan olub. 1974-cü ildən Kanadaya mühacirət edib, Amerika və dünya xoreoqrafiyasının inkişafına böyük təsir göstərib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi